Edam cəzası: ədalətsiz «ədalət»

olum hokmuEdam cəzası tarixin qaranlıq səhifələrindən gələn insanlıq ayıbı kimi dövrümüzdə hələ də tətbiq edilir. Bu cəza keçmişdəki qaranlıq dövrlərdən qalan, haqsız, ədalətsiz və sevgisiz üsuldur. Dünya xalqları yüzlərlə il dövlətlərin, kralların, hökmdarların, fironların, inkvizisiya keşişlərinin əli ilə törədilən cinayətlərə şahid olmuşdur. 21-ci əsrdə isə müasir hüquq-mühafizə qurumları artıq bu geri dönüşü olmayan cəzanı tətbiq etməkdən imtina etməlidirlər.

Edam cəzası dövrümüzdə BMT-yə üzv olan 102 ölkənin qanunvericiliyindən çıxarılmışdır. 7 ölkə edam cəzasını yalnız müharibə dövrü cinayətləri üçün tətbiq edir, 50 ölkənin isə qanunvericiliyində mövcud olmasına baxmayaraq, faktiki olaraq praktikada 10 ildir ki, tətbiq edilmir. 37 ölkənin isə həm qanunlarında, həm də praktikasında edam cəzası mövcuddur. Bu 37 ölkə arasında ABŞ, Yaponiya, Tayvan və Sinqapur sənaye ölkələridir. Belarus istisna olmaqla heç bir Avropa ölkəsi edam cəzasını tətbiq etmir.

2014-cü ildə dünyada 1652 edam cəzası tətbiq edilmiş, bunların 1000-dən çoxu kommunist Çin dövləti tərəfindən həyata keçirilmişdir. 500 məhkum isə İran, İraq, Səudiyyə Ərəbistanı, Misir, Sudan, Yəmən və Şimali Koreya ərazisində edam edilmişdir. Oxumağa davam et