Optika Qanunlarını Bilən Kəpənəklər

Fiziklərin optikada istifadə etdiyi üç təməl qanun var. Bunlar müvafiq olaraq aşağıdakılardır:

1) Bir səth, üzərinə düşən günəş şüalarının həmin səthlə əmələ gətirdiyi bucaq 90⁰-yə yaxınlaşdıqca qızar.

2) Günəş şüalarını eyni bucaq altında qəbul edən iki səthdən tünd rəngli olanı daha çox qızar.

3) Əks etdirən hər hansı səth, üzərinə düşən şüaları, düşdükləri bucaq (səthlə 90⁰ bucaq əmələ gətirdiyi hesab edilən hündürlük) altında da əks etdirər.

Bu qanunları fizika oxuyanlar bilirlər, ancaq bu gün bir çox insan bu qanunlardan tamamilə xəbərsizdir. Bunların gündəlik həyatda hansı təsirlərə malik olduğundan və ya nə işə yaradıqlarından da xəbərsizdirlər. Əlbəttə ki, optika qanunlarını hər insanın bilməməsi olduqca normaldır. Burada qınanılacaq heç nə yoxdur. Ancaq təəccüb oyandıran, bu qanunları çox yaxşı bilən başqa canlıların olmasıdır.

İnsanların bilmədiyi və ya bilib də diqqət yetirmədiyi bu qanunlardan kəpənəklər xəbərdardır. Həmçinin kəpənəklər bu optika qanunlarından gündəlik həyatlarında da faydalanırlar. Bu mövzunu Colias kəpənəklərini nümunə verərək izah edək.

Colias kəpənəyi bədən temperaturu 28⁰ C-dən aşağı olduğu vaxt uça bilməz. Bu vəziyyətdə dərhal qanadlarını açar və arxasını günəşə çevirərək günəş şüalarını düz bucaq altında alacaq şəkildə dayanar. Kəpənək kifayət qədər isinib bədən temperaturu 40⁰ C-yə qədər yüksəldikdə öz oxu ətrafında 90⁰ dərəcə dönər. Beləliklə də, günəş şüalarını üfüqi halda qəbul edər. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Dolayısilə kəpənəyin bədən temperaturu azalmağa başlayır.

Oxumağa davam et