Cəmiyyətin həyatı informasiya axını və rabitə üzərində qurulub. Fərdlər və nəsillər arasında informasiya ötürülməsində ən əsas vasitə isə dildir. Azərbaycan dili 32 hərfdən, başqa sözlə, 32 şifrdən təşkil olunmuş dildir. Bu şifrlər sözləri, sözlər də cümlələri əmələ gətirir. Məlumat ötürülməsi və saxlanması bu şifrlər vasitəsilə həyata keçirilir.
Hüceyrənin dili də buna bənzəyir. İnsanın bütün fiziki xüsusiyyətləri bu dil vasitəsilə şifrlənərək hüceyrənin nüvəsində saxlanılır və bu dil sayəsində hüceyrə həmin məlumatlardan istifadə edir. Bu dil DNT adlı idarəedici molekulun dilidir. Dörd hərfli DNT dili A, T, Q və S hərflərindən təşkil olunub. Hər hərf nukleotid adlanan dörd ədəd azotlu əsasdan birini təşkil edir. Milyonlarla azotlu əsas mənalı ardıcıllıqla üst-üstə düzülərək DNT molekulunu əmələ gətirirlər. Oxumağa davam et
orqanlar
Ağıl dişi nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?
Təkamül nəzəriyyəsinin mühüm xətalarından biri də “rudiment orqanlar” iddiasıdır. Təkamülçülər canlıların bəzi orqanlarının artıq funksiyasını itirdiyini və zaman keçdikcə bu orqanların itəcəyini iddia edirlər. Bu iddiaya əsaslanaraq da “əgər canlı orqanizmi yaradılsaydı, işə yaramayan orqanlar olmazdı” mesajını cəmiyyətə verməyə çalışırlar.
XX əsrin əvvəlindəki təkamülçü KİV-lərində insan orqanizmində appendiks (arasında apendisit kimi tanınan kor bağırsaq), ,büzdüm sümüyü badamcıqlar, epifiz vəzi, qulaq seyvanı, timus (çəngələbənzər vəzi) və ağıl dişinin də daxil olduğu yüzə qədər orqan “rudiment orqan” elan edilmişdi. Amma sonrakı onilliklər ərzində tibb sahəsində mühüm addımlar atıldı. Oxumağa davam et
Arxeopteriksin quşların əcdadı olmadığı bir daha sübut edildi
Arxeopteriksin quşların əcdadı olmadığı bir daha sübut edildi
Çünki arxeopteriksdən 10 milyon il əvvələ aid quş fosili tapılıb.
Dövrümüzün quşlarının “əcdadı” olduğu irəli sürülən arxeopteriks bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə əsasən, velociraptor və ya dromoesaur adlandırılan kiçik dinozavrların bir qismi təkamül keçirərək qanadlanmış və uçmağa başlamışlar. Arxeopteriks dinozavr əcdadlarından ayrılan və yeni uçmağa başlayan ilk növdür.
Lakin əslində arxeopteriksin fosilləri üzərində aparılan son təhlillər bu izahın elmi cəhətdən əsassız olduğunu göstərir. Bu quş ara keçid forması deyil, sadəcə dövrümüzün quşlarından bir az daha fərqli xüsusiyyətlərə malik olan nəsli kəsilmiş quş növüdür. Oxumağa davam et