DNT təsadüfə meydan oxuyur

hücre, dna, sarmalı
(Şəkil 2.4) DNT zəncirini meydana gətirən atomların düzülüşü. Bu zəncirin diametri mili metrənin milyonda biri qədərdir.

Müasir dövrdə riyaziyyat DNT-də şifrlənmiş məlumatların təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu sübut etmişdir. DNT molekulunun DNT-ni təşkil edən 200.000 gendən birinin belə təsadüfən əmələgəlmə ehtimalı yoxdur. Təkamülçü bioloq Frenk Selisberi (Frank Salisbury) bu qeyri-mümkünlüklə əlaqədar belə deyir:

“Orta ölçüdəki bir zülal molekulu təqribən 300 amin turşusundan ibarət olur. Ona nəzarət edən DNT zəncirində isə təqribən 1000 nukleotid olmalıdır. Bir DNT zəncirində dörd növ nukleotid olduğunu nəzərə alsaq, 1000 nukleotiddən ibarət ardıcıllıq 41000 fərqli formada düzülə bilər. Kiçik loqarifm hesablaması ilə tapılan bu rəqəm ağlın qavrama hüdudunu çox aşır”.(4)4

Oxumağa davam et

Təkamül nəzəriyyəsi nə üçün elmi və əsaslı nəzəriyyə deyil?

fnabtdul
Darvin dövründə hüceyrənin mürəkkəb quruluşu haqqında heç bir şey bilinmirdi.

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi bir qanun, sübut edilmiş bir həqiqət deyil, elmilik pərdəsi ilə cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları bir növ hiylə, saxtakarlıq, təhrif, yalan və göz pərdələmədən ibarət təlqin və təbliğat üsullarıdır. Oxumağa davam et