Hekkelin rüşeym rəsmləri saxtakarlıqdır

Ernst Haeckel's Embryological IllustrationsErnst Hekkel 1868-ci ildə yazdığı “Natürliche Schöpfungsgeschichte” (Təbii yaradılış tarixi) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər bir-birləri ilə demək olar ki, tamamilə eyni canlı rüşeymlərindən ibarət idi. Hekkel bu rəsmlərə əsaslanaraq həmin canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi.

Amma, əslində, məsələ başqa cür idi. Hekkel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.

Elə Darvinin “İnsanın əmələ gəlməsi” kitabında mənbə kimi göstərdiyi “elmi fəaliyyət” (!) bu idi. Oxumağa davam et