Yaxın Şərq xəritəsi Yeni Dünya Düzənində nəzərdə tutulan kimi olacaqmı?

yaxin serqDaha əvvəl istifadə edilən “Böyük Yaxın Şərq” ifadəsi əvəzinə “Yeni Yaxın Şərq” ifadəsi ilk dəfə ABŞ-ın keçmiş xarici işlər naziri Kondoliza Rays tərəfindən 2006-cı ilin iyun ayında Təl-Əviv səfəri zamanı bir çıxışda səsləndirildi. Maraqlıdır ki, bundan dərhal sonra 20 iyul 2006-cı ildə ehtiyatda olan keçmiş podpolkovnik Ralf Petersin “Mübarizəni heç vaxt tərk etmə” adlı kitabında bu “Yeni Yaxın Şərq”in xəritəsi dərc olundu.

Podpolkovnik Peters daha əvvəl ABŞ Baş Qərargahının Kəşfiyyat rəisi olmuş, xarici siyasət və strategiya mövzularında bir çox məqalə və kitab hazırlamış, fikirləri hərbi dairələrdə olduqca təsirli olan, hazırda ehtiyatda olan Müdafiə Nazirliyinin hərbiçisidir. Müdafiə Nazirliyi podpolkovnik Ralfın kitabındakı xəritəni rəsmi olaraq qəbul etməsə də bu xəritənin NATO-nun Müdafiə Kollecində təhsil proqramında istifadə edildiyi məlumdur.1

Bundan başqa, bu xəritə podpolkovnik Pitersin şərhi ilə “Qan sərhədləri: daha yaxşı Yaxın Şərq necə görünər?” başlığı ilə ABŞ ordusunun “Silahlı Qüvvələr” jurnalında dərc edildi.2

Bir əsrdən çoxdur ki, Yaxın Şərqi dizayn etməyə istiqamətli xəritələrin son versiyası olaraq qəbul edilən bu xəritə bölgənin qərbli bəzi dairələr tərəfindən proqnozlaşdırılan yekun sərhədlərini göstərir. Böyük Yaxın Şərq layihəsinin son mərhələsi olan Yeni Yaxın Şərq xəritəsi sanki I Dünya Müharibəsindən sonra Osmanlı torpaqlarını bölüşmək məqsədilə qəbul edilən gizli saziş Says-Pikonun bir növ 21-ci əsr versiyasıdır. O günə qədər konspirasiya nəzəriyyəsi olaraq qəbul edilən müxtəlif fikirləri də bir növ təsdiq edir. Görünən odur ki, layihənin son mərhələsində artıq əsl hədəfin gizlədilməsinə əvvəlki qədər əhəmiyyət verilmir. Oxumağa davam et