Fədakar İnsan Dünyanın Ən Ağıllı və Ən Qazanclı İnsanıdır

Din əxlaqından uzaq həyat tərzi keçirən insanlar arasında fədakarlıq bir növ ağılsızlıq hesab edilir. Onların fikrinə görə, insan öz mənfəətini nə qədər yaxşı güdürsə, bir o qədər ağıllıdır. Ətrafındakı insanların imkanlarından nə qədər çox istifadə edə bilirsə, özündən isə nə qədər az istifadə etdirirsə, insanlara nə qədər az mənfəət verirsə, deməli, bu adam ağlından maksimum istifadə edə bilir.

Əlbəttə ki, bu insanlar yanılırlar. Axirətə inanmayanlar üçün başqa insana mənfəət vermək, onun rahatlığını təmin etmək, üstəlik, bunları özünün rahatlığından keçərək etmək ağılsızlıq kimi qəbul edilə bilər. Ancaq axirətə inanan bir insan bunları yalnız Allahın razılığını qazanmaq üçün edirsə, dünyanın ən ağıllı insanıdır. Oxumağa davam et