Hörümçəyin yabanı arını ovlama səhnəsini əks etdirən 110 milyon il yaşı olan fosillər

imagesPaleontoloqlar hörümçəklə yabanı arının kəhrəba içində mükəmməl şəkildə qorunmuş fosilini tapıblar. Myanmada tapılmış fosilin təxminən 97-110 milyon il yaşında olduğu bildirilir. Ən maraqlısı budur ki, hörümçəyin yabanı arını ovlama səhnəsi bütün incəlikləri ilə kəhrəbanın içində mükəmməl şəkildə qalmışdır.

Amerikanın Oreqon Universitetindən (Oregon State University) zoologiya üzrə professor Corc Poynar (George Poinar): “Cavan hörümçək balaca yabanı arını yeməyə hazırlaşırdı, lakin bu ona qismət olmayıb. Bitkidən axan qətran hər ikisini əhatəyə alaraq udub və hörümçəyi əbədi intizarda qoyub”. Oxumağa davam et

“Ana Təbiət” Kimdir?

Təkamülçülər təbiətin yaradıcı gücə sahib olduğunu fərz edirlər. Bu qəribə fərziyyəyə həm özləri inanır, həm də digər insanları buna inandırmağa çalışırlar. Bu məqsəd üçün əllərindəki bütün imkanları da səfərbər edirlər. Məsələn, televiziyadakı bəzi sənədli filmlərdə, jurnal, qəzet və kitablarda təbiətdəki hər hansı bir gözəllikdən danışarkən “Bu, təbiətin insana hədiyyəsidir”, “Ana Təbiətin möcüzəsidir”, “Təbiət vergisi olaraq qunduzlar özlərinə möhtəşəm bəndlər inşa edirlər” kimi ifadələrdən istifadə edirlər. Bəs təkamülçülərin yaradıcı kimi gördükləri “ana təbiət” kimdir? Oxumağa davam et