Əslində böyük partlayışın sürəti, kainatın ilk anında yaranan ədədi tarazlıqların yalnız bir nümunəsidir. Böyük partlayışdan sonra, hazırda içində yaşadığımız kainatın quruluşunu müəyyən edən “ölçülər” ortaya çıxarmışdır və bunlar üçün tam lazımi qiymətlər müəyyənləşdirilmişdir. Oxumağa davam et
Paul Davies
Məşhur alimlər kainatın yaradıldığını qəbul edir
XX əsr elmi, kainatın Allah tərəfindən yaradıldığını sübut edən açıq dəlillər ortaya qoymuşdur. “Antropik prinsip” (“anthropic principle”)məhfumu, kainatın hər bir incəliyinin canlıların yarana bilməsi üçün tənzimləndiyini və bu sistemdə təsadüfə yer olmadığını göstərir.
Qəribə olan, bəhs olunan tapıntıları ortaya çıxardan və “kainat təsadüflə izah oluna bilməz” nəticəsinə gələn elm adamlarının çox böyük hissəsinin, əslində bu nəticəyə gəlməyi elə də arzulamayan, çünki materialist dünyagörüşünə sahib elm adamları olmasıdır. Oxumağa davam et
Böyük partlayışdan sonra elementlərin yaradılışı
“Əgər təbiətin dərinliklərində baş verən işlərin mürəkkəbliyi, dünyanın ən ağıllı beyinləri tərəfindən belə çətin başa düşülürsə, bu işlərin yalnız bir qəza və ya bir kortəbii təsadüf əsəri olduğunu necə düşünə bilərik?”
(Fizika professoru Pol Devis (Paul Davies)) (1)
Böyük partlayış elm adamlarının hesablamalarına görə dövrümüzdən təxminən 13.7 milyard il əvvəl baş verdi. Hal-hazırda kainatı meydana gətirən bütün maddələr, əvvəlki hissələrdə araşdırdığımız kimi; “yoxdan yaradıldı” və fövqəladə tarazlıq içində müəyyən forma aldı. Lakin böyük partlayışdan sonra yaranan kainat, hal-hazırda yaşadığımız kainatdan olduqca fərqli bir yer ola bilərdi.