Allahın Rəhmindən Ümidini Üzmə!

«Mən­dən on­la­ra de: «Ey Mə­nim öz­lə­ri­nə zülm et­mək­də həd­di aş­mış bən­də­lə­rim! Al­la­hın rəh­min­dən ümid­siz ol­ma­yın. Al­lah bü­tün gü­nah­la­rı ba­ğış­la­yar. Hə­qi­qə­tən, O ba­ğış­la­yan­dır, rəhm edən­dir!» («Zu­mər» su­rə­si, 53).

Ayə­də bil­di­ril­di­yi ki­mi, in­san­lar bə­zən bi­lə­rək­dən və ya bil­mə­yə­rək­dən səhv­lər edir­lər. Bu möv­zu ilə bağ­lı ayə­nin xi­ta­bın­dan da mə­lum ol­du­ğu ki­mi, bu­ra­da Al­la­hın rəh­mə­ti­ni uman in­san­la­ra üz tu­tu­lur. Yə­ni ayə­də bil­di­ri­lən öz əleyh­lə­ri­nə ol­maq­la həd­di aşan in­san­lar Al­la­ha iman gə­ti­rən in­san­lar­dır. Bu­na gö­rə də be­lə bir hal de­mək olar ki, mü­səl­man­la­ra da aid­dir.

Al­lah bir çox ayə­lə­rin­də hət­ta təq­va sa­hi­bi olan mü­səl­man­la­rın da səhv edə bi­lə­cək­lə­ri­ni vur­ğu­la­mış­dır. Be­lə açıq­la­ma­lar in­sa­nın qəl­bi­nə fə­rəh ve­rir. Əks hal­da bilərək və ya bilməyərək səhv edən mü­səl­man bö­yük bir sı­xın­tı  və ya vic­da­n əzabı çəkə  bi­lər. La­kin mü­səl­man­la­rın Oxumağa davam et

Bağışlanma və Tövbə

Bə­zi in­san­lar xə­ta­sız ol­maq is­tə­yir­lər. Öz­lə­ri­ni ba­car­dıq­ca nöq­san­sız bir in­san ki­mi gös­tər­mə­yə və gör­mə­yə ça­lı­şır­lar. Çün­ki xə­ta et­dik­lə­ri­ni qə­bul et­sə­lər, hər kəs qar­şı­sın­da rüsvay olunacaqlarından qor­xur­lar. On­la­ra gö­rə ide­al in­san özü­nə heç bir xə­ta­nı ya­raş­dır­ma­yan in­san­dır.

Hal­bu­ki bu «xə­ta­sız­lıq» an­la­yı­şı boş inanc­dan baş­qa bir şey de­yil­dir. Həm­çi­nin Qu­ran­da biz­lə­rə be­lə bir mö­min modeli nümunə olaraq gös­tə­ril­mə­miş­dir. Be­lə bir ti­pin ya­ra­dıl­ma­sı müm­kün də de­yil­. Çün­ki in­sanın Al­lah qar­şı­sın­da­kı aciz­li­yi­nin nə­ti­cə­si ola­raq hə­ya­tı bo­yun­ca bir çox xə­ta və gü­nahlar edə bi­lər. Əl­bət­tə ki, bun­lar­dan qaç­ma­lı, Al­la­hın di­ni­nə riayət edərək xə­ta və gü­nah etməməyə cəhd gös­tər­mə­li­dir. An­caq Al­la­hın aciz bir bən­də­si ol­du­ğu­nu və ta­ma­mi­lə xə­­ta­dan xi­las ola bil­mə­yə­cə­yi­ni də unut­ma­ma­lı­dır.

Bu­na gö­rə bir ayə­də yer üzə­rin­də­ki hər in­sa­nın Al­la­ha qar­şı xə­ta və gü­nah iş­lə­də bi­lə­cə­yi be­lə xə­bər ve­ri­lir:«Əgər Al­lah in­san­la­rı et­dik­lə­ri gü­nah­la­ra gö­rə cə­za­lan­dır­say­dı, yer üzün­də bir nə­fə­ri be­lə sağ qoy­maz­dı. La­kin Al­lah on­la­rı mü­əy­yən bir vax­ta qə­dər ge­cik­di­rər. Nə­ha­yət, on­la­rın vax­tı gə­lib çat­dıq­da (hə­min müd­dət ye­ti­şib qi­ya­mət qop­duq­da ha­mı­nı ye­ni­dən di­ril­də­rək hə­rə­yə öz əmə­li mü­qa­bi­lin­də cə­za, ya­xud mü­ka­fat ve­rər.) Çün­ki Al­lah Öz bən­də­lə­ri­ni gö­rən­dir!» («Fa­tir» su­rə­si, 45).

Bir ila­hi hökm ola­raq Al­lah in­san­la­rın xə­ta­la­rı və ya gü­nah­la­rı ola bi­lə­cə­yi­ni, lakin bun­da inad et­mə­mə­lə­ri­ni Qu­ran­da bil­dir­miş­dir. Mö­min­dən göz­lə­ni­lən iş­lə­di­yi bü­tün xə­ta və gü­nah­lar üçün hər za­man Al­lah­dan ba­ğış­lan­ma­sı­nı di­lə­mə­si­dir.

Məhz in­kar edən­lər ilə mö­min­lə­ri bir-bi­rin­dən ayı­ran ən önəm­li xü­su­siy­yət­lər­dən bi­ri də bu­dur. İn­kar­çı­lar Oxumağa davam et