Hz. Muhəmmədin (səv) bütün bəşəriyyətə nümunə olan həyatı

manzara-1Allah insanlara xəbərdar edən və qorxudan kimi göndərdiyi elçilərinə insanlar arasında ədaləti bərqərar etməyi əmr etmişdir. Son peyğəmbər olan hz. Muhəmməd (səv) də ona vəhy gəldiyi Məkkədə İslam dinini ədalətlə yaymağa başlamışdır.

Həmin dövrdə Ərəbistanda, xüsusilə də Məkkənin ictimai sistemində çoxlu problemlər var idi. Cahiliyyə dövrü adlandırılan İslamdan əvvəlki bu dövrdə millətlər və dinlər arasında ciddi ayrı-seçkilik və bu ayrı-seçkilikdən qaynaqlanan narazılıqlar, müxtəlif dinlərə mənsub qövmlər arasında qeyri-tolerant münasibət, qəbilələr arası münaqişələr, ədalətsiz iqtisadi nizam, soyğunlar, varlılar və kasıblar arasında böyük uçurumlar və daha bir çox ədalətsiz icraatlar mövcud idi. Ədalət tətbiq olunmur, zəiflər gücü və pulu olanlar tərəfindən əzilir, insanlara milliyyətləri, dinləri və dillərinə görə zülm edilirdi. İnsanlar bir qarın yemək üçün ağır şəraitdə işlədilir, əziyyət görürdülər.

Oxumağa davam et

Hz. Mehdinin (ə.s) Gəlişini Göstərən Yüzlərlə Əlaməti Görməməzliyə Vuranlar, Hz. Mehdi (ə.s) İlə Birlikdə Mələklərin Gəldiyini Görsələr Belə İnanmazlar

Axır zamanda hansı hadisələrin baş verəcəyi, hansı vəziyyətlərin ortaya çıxacağı Peyğəmbərimizin (s.ə.v) hədislərində heyrətamiz təfərrüatla xəbər verilmişdir və bu xəbərlərin hamısı bir-bir reallaşmışdır. Peyğəmbərimizin (s.ə.v) bundan 1400 il əvvəl xəbər verdiyi hadisələrin, hal-hazırda tam təsvir etdiyi şəkildə reallaşması, Allahın Peyğəmbərimizə (s.ə.v.) lütf etdiyi möcüzədir. Hicri təqvimlə 1400-cü ildən etibarən, son 30 ildə Peyğəmbərimizinin (s.ə.v.) bildirdiyi 150-dən çox hadisənin hər biri baş vermiş, yəni Peyğəmbərimizin (s.ə.v.) 150-dən çox möcüzəsi, Allahın lütfüylə, reallaşmışdır.

Peyğəmbərimizin (s.ə.v.) bu möcüzələrini ixtisarla qeyd etsək: tam Özünün dediyi şəkildə hicri təqvimlə 1400-cü ilin başlaması ilə birlikdə Fərat çayının suyu kəsilmiş, İran-İraq Müharibəsi baş vermiş, Kəbədə qanlı basqın olmuş, Ramazan ayında 15 gün fasilə ilə Ay və Günəş tutulmaları olmuş, Əfqanıstan işğal edilmiş, Oxumağa davam et