Hz. Muhəmmədin (səv) bütün bəşəriyyətə nümunə olan həyatı

manzara-1Allah insanlara xəbərdar edən və qorxudan kimi göndərdiyi elçilərinə insanlar arasında ədaləti bərqərar etməyi əmr etmişdir. Son peyğəmbər olan hz. Muhəmməd (səv) də ona vəhy gəldiyi Məkkədə İslam dinini ədalətlə yaymağa başlamışdır.

Həmin dövrdə Ərəbistanda, xüsusilə də Məkkənin ictimai sistemində çoxlu problemlər var idi. Cahiliyyə dövrü adlandırılan İslamdan əvvəlki bu dövrdə millətlər və dinlər arasında ciddi ayrı-seçkilik və bu ayrı-seçkilikdən qaynaqlanan narazılıqlar, müxtəlif dinlərə mənsub qövmlər arasında qeyri-tolerant münasibət, qəbilələr arası münaqişələr, ədalətsiz iqtisadi nizam, soyğunlar, varlılar və kasıblar arasında böyük uçurumlar və daha bir çox ədalətsiz icraatlar mövcud idi. Ədalət tətbiq olunmur, zəiflər gücü və pulu olanlar tərəfindən əzilir, insanlara milliyyətləri, dinləri və dillərinə görə zülm edilirdi. İnsanlar bir qarın yemək üçün ağır şəraitdə işlədilir, əziyyət görürdülər.

Oxumağa davam et

PEYĞƏMBƏRLƏR ƏDALƏT GƏTİRİBLƏR

15İnsanların böyük əksəriyyətinin fikrincə, Allahın Quranda təsvir etdiyi ədalətin hakim olduğu mühit sadəcə kitablarda təsvir edilən və insanların xəyallarını bəzəyən utopiyadır. Bu düşüncəyə görə əsil ədalətin hakim olduğu cəmiyyətin olması əsla mümkün deyil. Halbuki bəşəriyyət tarixi boyu Quranda əmr edilən ədalətin hökm sürdüyü, insanlar arasında əmin-amanlıq, sevgi və təhlükəsizliyin olduğu dövrlər olmuşdur.

Allahın insanları xəbərdar etmək üçün göndərdiyi elçilərin yaşadığı cəmiyyətdə tolerantlıq, sülh və ədalət hökm sürmüşdür. Allahın “Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.” (Yunus surəsi, 47) ayəsində bildirdiyi kimi, bu dövrlərdə heç kimə zülm edilməmiş, insanlar arasında ədalət hakim olmuşdur.

Oxumağa davam et

Peyğəmbərlər Tarixi Və Elçilərin Təbliği

Bütün insanlar və varlıqlar kimi, tarix boyunca durmadan Allahın bildirdiyi üstün din əxlaqını təbliğ edən elçilərin də, əvvəlcədən təqdir edilmiş qədəri var. Bütün elçilər tarix boyu bu qədər daxilində təbliğ etmiş və bu qədər daxilində şərəfli həyat yaşamışlar.

Peyğəmbərlər tarixini ayələr əsasında incələdikdə ən nəzərə çapan məsələlərdən birinin durmadan təbliğ etmək olduğunu görərik. Bir başqa sözlə, Quranda adı çəkilən peyğəmbərlərlə yanaşı Allahın elçi olaraq göndərdiyini bildirdiyi bir çox müqəddəs şəxs də, tarix boyunca durmadan təbliğ etmişdir. Belə ki, eyni dövrdə yaşamış, eyni bölgələrdə təbliğ etmiş (Hz. İbrahim-Hz. Lut, Hz. Musa-Hz. Harun kimi) peyğəmbərlər də var. Bütün bu elçilər Allahın seçdiyi mübarək şəxslərdir. Oxumağa davam et