Allah insanlara xəbərdar edən və qorxudan kimi göndərdiyi elçilərinə insanlar arasında ədaləti bərqərar etməyi əmr etmişdir. Son peyğəmbər olan hz. Muhəmməd (səv) də ona vəhy gəldiyi Məkkədə İslam dinini ədalətlə yaymağa başlamışdır.
Həmin dövrdə Ərəbistanda, xüsusilə də Məkkənin ictimai sistemində çoxlu problemlər var idi. Cahiliyyə dövrü adlandırılan İslamdan əvvəlki bu dövrdə millətlər və dinlər arasında ciddi ayrı-seçkilik və bu ayrı-seçkilikdən qaynaqlanan narazılıqlar, müxtəlif dinlərə mənsub qövmlər arasında qeyri-tolerant münasibət, qəbilələr arası münaqişələr, ədalətsiz iqtisadi nizam, soyğunlar, varlılar və kasıblar arasında böyük uçurumlar və daha bir çox ədalətsiz icraatlar mövcud idi. Ədalət tətbiq olunmur, zəiflər gücü və pulu olanlar tərəfindən əzilir, insanlara milliyyətləri, dinləri və dillərinə görə zülm edilirdi. İnsanlar bir qarın yemək üçün ağır şəraitdə işlədilir, əziyyət görürdülər.