Atomun içində çox mühüm bir tarazlıq var. Bu, atom nüvəsi ilə xaricindəki elektronlar arasındakı tarazlıqdır. Oxumağa davam et
planetler
Günəş sistemindəki həssas nizam
Kainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri də, planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində yer kürəsindən başqa 8 ayrı planet və bu planetlərə aid 54 ayrı peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və 54 peyklərinin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır. Oxumağa davam et
Böyük Partlayışın surəti və tarazlıq
Kainatın partlayış sürəti inanılmaz dərəcədə həssas tarazlıqla müəyyənləşdirilmişdir. Bundan ötrü də, böyük partlayış hər hansı partlayış deyil, hər cəhətdən çox yaxşı hesablanmış və nizamlanmış bir formalaşmadır.
(Fizika professoru Pol Devis (Paul Davies))(1)
Əvvəlki başlıqda kainatın Big Bangla, yəni nəhəng bir partlayışla yoxdan yaradıldığını araşdırdıq. İndi bu məlumatı yadda saxlayaraq düşünək və kainatın hazırkı quruluşunu nəzərdən keçirərək ağlımızı işlədək.
Kainatda Möcüzəvi Dinamika: Sürət
Yer kürəsi öz oxu ətrafında bir az yavaş fırlansaydı və ya orqanizminizdəki qan indikindən daha yavaş axsaydı, nə olardı? Bəs Günəşdən gələn işıq yer üzünə bu qədər yüksək sürətlə çatmasaydı? Bəlkə bu mövzular haqqında heç düşünməmisiniz, ancaq bütün bu hadisələrin ən uyğun sürətdə baş verməsi həyatımızı davam etdirməyimiz üçün labüd ünsürdür.
Biz heç fərqində olmadan, həm bədənimizdə, həm də ətrafımızda yaşamağımız üçün lazımi proseslər məhz lazımi sürətdə həyata keçir. Bu sürətdə, məsələn, beyin hüceyrələrinin sürətlə bir-birləri ilə rabitə qurmalarında, göz, qulaq, burun, dil və dəridən gələn siqnalların sürətlə elektrik impulsuna çevrilib sinir hüceyrələri vasitəsilə beyinə göndərilməsində, bitkilərin fotosintez kimi kompleks prosesi həyata keçirməsində, bizdən milyonlarla kilometr məsafədə olan Günəşin işığının böyük sürətlə bizə çatmasında, səsin sürətində və başqa bir çox hadisədə görə bilərik. Oxumağa davam et
Kainatın Ehtişamlı Böyüklüyü
Günəş Sisteminin quruluşu hər bir təfərruatı ilə birlikdə canlılar üçün xüsusi dizayn edilmişdir. Bir başqa sözlə, kainatın fiziki qanunları kimi Dünyanın kosmosdakı mövqeyi də kainatın insan həyatı üçün xüsusi olaraq hazırlanmış olduğunu göstərən dəlillərdəndir. Aparılan bütün araşdırmalar bu qüsursuz nizam və dizaynın sonsuz güc və ağıl sahibi olan Allah tərəfindən yaradıldığını təsdiq edir.
Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zariyat Surəsi, 47)
Kainatda qüsursuz nizam var. Bu qüsursuz nizam içində Günəş Sistemi çox kiçik yer tutur. Ancaq kainata görə bir nöqtə qədər kiçik olan bu sistem bizə görə çox böyükdür. Günəş Sisteminin böyüklüyünü bir az daha təfərruatlı düşünək. Oxumağa davam et
Din Elmin Doğru İstiqamətlənməsini Təmin Edir
Elm yaşadığımız maddi dünyanın təcrübə və müşahidə yolu ilə tədqiqinə deyilir. Əlbəttə, elm bu tədqiqatları apararkən təcrübə və müşahidə yolu ilə əldə etdiyi faktlara əsaslanaraq və onları nəzərə alaraq nəticə çıxarır. Lakin bununla yanaşı hər bir elm sahəsində araşdırma aparmadan əvvəl qəbul edilən bəzi təməl şərtlər var. Bu şərtlərin hamısına ümumi olaraq “paradiqma” deyilir.
Bu təməl şərtlər aparılacaq elmi araşdırmaların “istiqamətini” müəyyən edir. Elmi araşdırmalardakı ilk addım “hipotez” (fərziyyə) müəyyənləşdirməkdir. Alimlər tədqiq edəcəkləri mövzu haqqında əvvəlcə müəyyən bir hipotez irəli sürürlər. Daha sonra bu hipotez elmi faktlarla sınanır. Əgər aparılan təcrübə və müşahidələr hipotezi təsdiqləyərsə, “hipotez” “sübut edilmiş prinsip və ya qanun” adlandırılır. Əgər hipotez təkzib edilərsə, başqa ehtimallar sınanır və bu proses davam edir.
Diqqətlə baxılsa, bu prosesin ilk mərhələsi olan hipotezin müəyyənləşdirilməsi elm adamlarının qəbul etdiyi tamamilə yanlış görüş ilə əlaqədardır. Məsələn, elm adamları bu səhv görüşləri səbəbindən “maddənin hər hansı bir şüurlu nizamlama olmadan, öz-özünü nizamlamaq qabiliyyətinə malik olması” kimi bir hipotez irəli sürə bilərlər. Sonra Oxumağa davam et