Qərblə Rusiya arasında bir ölkə: Ukrayna

imageYanukoviçin Avropa Birliyinin əməkdaşlıq təklifindən imtina etməsi Ukraynada kütləvi etirazlara səbəb oldu. Sakit başlayan aksiyalar qısa müddətdə şiddətli qarşıdurmalara çevrildi. Polis qalxanları, daş, molotov kokteylləri və qaz bombaları aksiyaların ayrılmaz hissəsi oldu.Dünya mətbuatında geniş şəkildə işıqlandırılan bu görüntülər nümayişçilərin əsl məqsədlərini, demək olar ki, kölgədə qoyurdu. Əksər insan baş verənləri “Ukrayna Rusiyaya, yoxsa Avropaya tabe olacaq” müzakirəsinin nəticəsi kimi qiymətləndirirdi. Əlbəttə, bu, danılmaz faktdır. Ancaq dərindən araşdırdıqda hadisələrin altında başqa səbəblərin olduğunu aydın görürük.

Aksiyalardakı bəzi simvolik nümayişlər kələfin ucunu tapmağa imkan verir. Bu nümayişlərdən biri etirazçıların dekabr ayında sökülən Lenin heykəlinin yerində qızıl unitaz qoymalarıdır.Aksiyalarda iştirak edən ukraynalılar daha çox sərbəstlik və demokratiya tələb edirlər. Kommunizmin təsirindən xilas olmamış hakimiyyətin demokratiyanın önündə ən böyük maneə olduğunu düşünürlər. Oxumağa davam et