İnsan nəfsində yaxşılıq və pislik birlikdə yaradılmışdır. Bu da Allahın insanlar üçün yaratdığı imtahanın başqa bir xüsusiyyətidir. İnsan həyatının son saniyəsinə qədər nəfsindəki pisliklərə qarşı mübarizə aparmalıdır. Nəfsini özbaşına buraxdqda yaxşılıqlar heç vaxt pisliklərə öz-özünə qalib gələ bilməz.
İnsanın bu mübarizəsində əldə etməli olduğu bir xüsusiyyət də “müsbət düşünməkdir”. Yaxşılıqları və pislikləri özündə cəmləşdirən nəfs insanları mənfi düşünməyə təşviq edir. Əlbəttə, nəfs müxtəlif yollarla əsl üzünü gizlədir. Müsbət düşünməyin müəyyən mənada “özünü aldatmaq” olduğunu, “mənfi düşünməyin isə insanı daha ehtiyatlı etdiyini”, “daha ağıllı addımlar atmasına səbəb olduğunu”, “bu şəkildə insanın təhlükələrə və risklərə daha çox hazırlıqlı olduğunu” göstərməyə çalışır. Nəfs insanları mənfi düşünməyin “realizm”, müsbət düşünməyin isə “özünü aldatmaq” olduğuna inandırmağa cəhd edir.
İnsan belə vəziyyətdə Quran əxlaqına görə davranmalıdır. Allah Quranda müsəlmanlara “təvəkkül etməyi, hər hadisəni xeyrə yozmağı, Allahın qədərdə hər şeyi xeyirlə yaratdığını düşünməyi, əsla Allahdan ümidini kəsməməyi” bildirmişdir. Mömin Qurana əsasən davrandığı üçün şeytan və ya nəfs əksini istəsə də, müsbət düşünər.
Əgər insan istəsə, müsbət və mənfi düşünməyin fayda və zərərini də dərhal müqayisə edib qavraya bilər. Oxumağa davam et