Allahın razı qalmadığı bir davranış da mal-dövləti özünü göstərmək naminə xərclənməsidir. Özünü camaata göstərmək məqsədilə xərcləmək inkarçılara xas olan bir xüsusiyyətdir:
«Öz mallarını xalqa göstərmək xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da Allah sevməz. Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!» («Nisa» surəsi, 38).
Lakin mömin də bu səhvlərdə özündən razı olmamalı, malı xərcləyərkən şüuraltı da olsa, niyyətinə Allah razılığından kənar məqsədlərin qarışmamasına diqqət etməlidir. Mömin «xərcləmədi, az verdi deməsinlər», «məzəmmət etməsinlər», «canını və malını satmış iman sahibi desinlər», «ən çox xərcləyən desinlər», «ən üstün imana sahib olan desinlər», «daha çox etibar etsinlər, sevsinlər və hörmət etsinlər», «yer, vəzifə, imkan versinlər» kimi şeytani təlqinlərin hiss etmədən niyyətinə qarışıb əməlini şirkə çevirməsinə, axirəti üçün təhlükə yaratmasına əsla imkan verməməlidir.
Bunu bəyən:
Bəyən Yüklənir...