Şeytanın əmri: Düşünməyin

Düşünmək qabiliyyəti insana dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan düşünərək Allahʹın sonsuz gücünü, nhkainatdakı qüsursuz sənətini qavrayır. Düşünən insan dünyada olan hər xırdalığın bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında yerinə yetirməli olan vəzifələri olduğunu qavrayır. Quranda bir çox ayədə yalnız düşünən insanların öyüd ala biləcəyi, Allahʹın varlığının dəlillərini ancaq onların görəcəklərini bildirmişdir. Quranın nazil olma məqsədi “Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar! “ (Sad surəsi, 29) ayəsində xəbər verildiyi kimi, insanların ayələr üzərində dərin düşünmələridir.            Oxumağa davam et

Seçilmişlik

Allah hər insan üçün bir qədər (tale) təyin etmişdir və bu qədəri hər hansı bir insanın ya da hadisənin dəyişdirməsi mümkün deyil. İnsanın hansı tarixdə, hansı cəmiyyətdə, hansı ailəyə mənsub olacağını təsbit edən, həyatı boyunca da nələrlə qarşılaşacağına qərar verən ancaq Allahdır. İnsana sahib olduğu ağılı, fikrindən keçirdiyi düşüncələri ilham edən də yenə Allahdır.

Bu səbəbdən bir insanın iman etməsi, sahib olduğu hər hansı xüsusiyyətdən qaynaqlanmaz. İmanı verən ancaq və ancaq Allahdır. Allah “Hadi”dir, yəni hidayət verəndir, eləcə də “Rəbb”dir, yəni öyrədib yetişdirəndir. İstədiyi qulunu doğruya yönəldər. Quranda bu gerçək Hz. Musanın sözləri ilə belə xəbər verilir:

“(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!” (Taha Surəsi, 50) Oxumağa davam et