Günəş sistemindəki həssas nizam

gezegenlerKainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri də, planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində yer kürəsindən başqa 8 ayrı planet və bu planetlərə aid 54 ayrı peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və 54 peyklərinin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır. Oxumağa davam et

İmanlı Alimlər:Qalileo Qaliley

Qalileo Qaliley teleskop vasitəsilə fəzanı tədqiq edən ilk alimdir. Qaliley həm Yerin kürə şəklində olduğunu söyləmiş, həm də Aydakı qaranlıq sahə, kraterlər və təpələri ilk dəfə ortaya çıxarmışdır. Elmə verdiyi böyük xidmətləri ilə tarixdə xüsusi yeri olan Qaliley, Allahın insana hissiyyatı, nitq bacarığını və zəkanı verdiyinə və bunlardan ən faydalı şəkildə istifadə olunmasına inanırdı. Təbiəti bir Yaradanın nizamladığını müdafiə edirdi. Təbiət, heç şübhəsiz, Allahın heç ayrıla bilmədiyimiz, oxunması vacib olan kitabıdır, – deyən Qaliley Allahın kitabları ilə yaratdıqları arasında heç bir ziddiyyətin olmadığını, çünki hər birini Allahın yaratdığını deyirdi.

Materializmin Elmi Cəhətdən Çöküşü

“Materializmin elmi düşüncə olduğunu artıq heç kim iddia edə bilməz.” Arthur Koestler

İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yaranıb?

Kainatdakı qüsursuz tarazlıq, ahəng və nizam necə meydana çıxıb?

Bu suallar tarixin əvvəlindən etibarən insanları maraqlandırmışdır. Ağılla bu sualları araşdıran elm adamları və mütəfəkkirlərin gəldikləri nəticə isə həmişə belə olmuşdur: kainatdakı nizam və dizayn bütün kainata hakim olan üstün bir Yaradıcının varlığının isbatıdır.

Ağıl yoluyla əldə etdiyimiz bu nəticə elə həqiqətin özüdür. Allah insanlara yol göstərici olması üçün 14 əsr əvvəl Quranı vəhy etmiş və bu həqiqəti insanlara bildirmişdir. Kainatı yoxdan yaratdığını və müəyyən bir məqsədə görə qurduğunu, kainatdakı bütün sistem və tarazlıqları insan həyatı üçün ən ideal şəkildə yaratdığını xəbər verir. Quranda bildirildiyinə görə insan kainatdakı bütün sistem və tarazlıqların özü üçün Allah tərəfindən yaradıldığını bilməli, bu gerçək barədə düşünməli və nəticə çıxarmalıdır: Oxumağa davam et