Atmosfer və nəfəs

halbe_erdkugel_atmosphaere_kobes_fotolia_41912841_mHəyatımızın hər dəqiqəsində nəfəs alarıq. Həmişə ciyərlərimizə hava çəkər və tezliklə həmin havanı geri verərik. Bunu o qədər çox edərik ki, “normal” bir əməliyyat olduğunu düşünərik. Halbuki əslində nəfəs almaq çox mürəkkəb əməliyyatdır. Oxumağa davam et

Oksigenin ideal həll olma əmsalı

air bubbles in the form of "O2" in the water

Bədənimizin oksigendən istifadə edə bilməsi, bu qazın suda həll olma xüsusiyyətindən qaynaqlanır. Nəfəs aldığımız vaxt, ağciyərlərimizə daxil olan oksigen, dərhal həll olaraq qana qarışar. Qandakı hemoqlobin adlı zülal həll olunan bu oksigen molekullarını tutaraq hüceyrələrə daşıyar. Hüceyrələrdə isə, bir qədər əvvəl ifadə etdiyimiz xüsusi ferment sistemləri sayəsində, bu oksigendən istifadə edilərək ATF adlandırılan karbon birləşmələri yandırılar və enerji əldə edilər.

Oxumağa davam et

Şərq və Qərb Cəmiyyətlərində Cəhalət və İslamofobiya

383141_247287252008571_897306617_nTəhsil və mədəniyyətin yoxluğundan doğan cəhalət bu gün dünyanın bütün cəmiyyətlərini öz cənginə almışdır. Bir tərəfdə, demək olar ki, əhalisi oxuma-yazma bilməyən bəzi İslam ölkələri, digər tərəfdə isə müasir və mədəni görünüşünə baxmayaraq, bir çox mövzuda tamamilə yanlış məlumatlara sahib olan və əhəmiyyətli gerçəklərdən xəbərsiz olan Qərb cəmiyyəti durur. Oxumağa davam et

Qanda oksigeni tutan zülallar: hemoqlobinlər

Qanı həyatın ən mühüm hissəsi edən xüsusiyyətlərindən biri tərkibindəki zülallardır. Həmin zülalların öz funksiyalarını ən ideal şəkildə yerinə yetirə biləcəkləri yer qandır. Çünki qan orqanizmin hər yerinə gedə bilən damar sistemi daxilində daşıdığı bu xüsusi zülalları orqanizmdə ehtiyac olan yerə çatdırır. Məsələn, qandakı eritrosit hüceyrələrində olan hemoqlobin adlı zülal orqanizmdəki təxminən 100 trilyon hüceyrəyə gündə 600 litr oksigen daşıyır.

Hemoqlobin olduqca böyük zülaldır və eritrositlərin 90%-i qədər böyük bir hissəsini əhatə edir. Normal şəraitdə bu qədər böyük bir zülal hüceyrənin içinə yerləşməz. Oxumağa davam et

Hz. Mehdinin Çıxışından Əvvəl Kütləvi Qırğınlar Olacaq

Hədislərdə Hz. Mehdinin (ə) çıxışından əvvəl dünyanın böyük əksəriyyətini təsiri altına alan şiddət və qarışıqlığın yaşanacağı, qan töküləcəyi bildirilir:

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar kütləviləşəcək. (Camiü’s-Sagir, 3:211, Müsnəd, 2:492, 4:391, 392)

Şəvvalda müharibə nərələri, Zilhiccədə hərb və müharibə olar. Yenə Zilhiccədə hacılar talana uğrayar, hətta küçələr qandan keçilməz olar… Hərc-mərclik çoxalaraq davam edər. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 37)

Oxumağa davam et

İslam: Dünyanı Aydınladan İşıq

İslamın yarandığı 7-ci əsrin əvvəllərində Ərəbistan dünyanın ən mürəkkəb bölgələrindən biri idi. Bu torpaqlarda bir çox fərqli qəbilə yaşayır, hər biri ayrı bir bütə sitayiş edirdi. Azğın dinləri və bütlərinə görə bir-birləri ilə vuruşur, qan tökür, hətta uşaqlarını öldürəcək qədər vəhşiləşirdilər. Bu batil sistemdə sevgi, mərhəmət, həlim xasiyyət deyil, mərhəmətsizlik, nifrət və şiddət məqbul qarşılanırdı. Qadınlar aşağı varlıqlar sayılır, kasıblar və kölələr alçaldılırdı.

Bu qaranlıq və qanlı dünya İslam əxlaqıyla birlikdə tamamilə dəyişdi. Yalnız ərəblər deyil, daha bir çox millət İslam əxlaqının işığıyla aydınlandı. İslamın gəlişi ilə elmdə, mədəniyyətdə, düşüncədə və sənətdə əvvəllər az rast gəlinən yüksəliş baş verdi. Oxumağa davam et