Demokratiyanın Əsas Prinsipləri Quranda Bildirilib

Business people communicating with each other against whitePeyğəmbərimizin (s.ə.v) yaşadığı Əsri-səadət dövründə müasir demokratik prinsiplər ən gözəl şəkildə tətbiq edilmişdir. Çünki insan hüquqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, incəsənət, estetika kimi Quran əxlaqının tələbi olan anlayışların hamısı demokratik cəmiyyətin əsas prinsiplərini təşkil edir. Bəşəriyyətə xoşbəxtlik və həyat sevinci təqdim edən bu model Allahın Quranda bildirdiyi və qulları arasında tətbiq edilməsini istədiyi əsl müsəlman əxlaqıdır. Oxumağa davam et

Ən ağıllı vicdan Türk-İslam birliyini istəyən mehdiyyət vicdanidir

imagesQuranın “Həqiqətən, insan çox həris və tamahkar yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar…” (Məaric surəsi, 19-20) ayələrində insanın nəfsindəki eqoist əxlaqa diqqət çəkilmişdir. Hər insan nəfsinə çətin gələn vəziyyətlə qarşılaşdıqda, sıxıntıya düşdükdə özünü xilas etmək üçün çox ciddi səy göstərir.  Ancaq nəfsindəki eqoistliyə görə, bir çox insan özünə zərəri olmayan, özünü narahat etməyən hallarda başqalarının düşdüyü çətin vəziyyətlə maraqlanmır. Öz canının dərdinə düşdükdə göstərdiyi kimi başqaları üçün səy göstərmir.

Əsl müsəlman əxlaqına isə belə davranış xas deyil. Səmimi iman gətirən insan dünyanın uzaq yerində olsa da, başqa müsəlmanın düşdüyü çətinliyi, sıxıntını öz problemi kimi görər. Oxumağa davam et