İstiqamət müəyyənləşdirmək üçün kompasa və xəritəyə ehtiyac vardır. Xəritə insana harada olduğunu, kompas isə hara gedəcəyini göstərir. Tunisin Aralıq dənizi sahilləri yaxınlığında yaşayan qara səhra qarışqası isə, bunların heç birini işlətməməsinə baxmayaraq, istiqamətini düzgün tapa bilir.
Qarışqa səhər günəşin üfüqdən yüksəlməsiylə 70⁰ C-yə qədər qızmar səhra qumunda qida axtarmaq üçün yuvasından çölə çıxır.
Səhra qarışqası yuvasından təxminən 200 metrə qədər məsafədə tez-tez dayanar və olduğu yerdə ziqzaq şəklində hərəkət edər. Amma bütün bu mürəkkəb ziqzaq hərəkətlərə baxmayaraq, yeməyini tapdığı vaxt, dərhal yuvasına doğru düz xətt boyunca hərəkət edərək yola düşər. Qarışqanın bu səfəri onun uzunluğu ilə müqayisə edildikdə, bir insanın səhrada 35-40 km. hərəkət etdikdən sonra, kompas və sair şeylərdən istifadə edərək birbaşa başladığı yerə qayıtması kimidir.(37)
Səhra kimi bir ərazidə istiqamət müəyyənləşdirməyə imkan verən işarələrin azlığı nəzərə alındıqda, (belə ki, qarışqanın yolda görəcəyi işarələri yaddaşında saxlayıb, yolunu onlara baxaraq tapması da başqa bir möcüzə olardı) qarışqanın bacardığı işin əhəmiyyəti daha yaxşı aydın olar.
Oxumağa davam et