İşığa açılan pəncərə: şüşə

OberlandGlasproduktionŞüşə strateji baxımdan əhəmiyyətli maddədir. Kəşfindən dövrümüzə qədər bir tərəfdən çeşidləri artarkən, digər tərəfdən də istifadə sahəsi genişlənmiş, mühüm istehlak maddəsi olmuşdur.

İstifadə etdiyimiz şüşələr süni şüşələrdir, bununla belə şüşə dünyada təbii şəkildə də mövcuddur. Təbii şüşə obsidian adı ilə məlumdur. (1) Oxumağa davam et

Atmosferin Xüsusi Quruluşu

Nəfəs almaq sizin üçün sadəcə havanı içinizə çəkmək və sonra nəfəs verərək bayıra buraxmaqdan ibarət ola bilər, ancaq əslində bu proses üçün hərtərəfli qüsursuz nizam qurulmuşdur. Belə ki, insanın nəfəs almaq üçün ən kiçik səy göstərməsinə belə ehtiyac yoxdur. Hətta bu mövzu çoxunun ağlına da gəlmir. Hər insan doğulduğu andan ölənə qədər heç dayanmadan nəfəs alır. Çünki həm əhatəsindəki, həm də öz bədənindəki bütün şərtləri Allah rahat nəfəs alacağı şəkildə yaratmışdır.

Hər şeydən əvvəl insanın nəfəs ala bilməsi üçün atmosferdəki qazların tarazlığının çox yaxşı nizamlanması şərtdir. Bu tarazlıqda kiçik dəyişikliklərin meydana gəlməsi insanın ölümünə səbəb olan təhlükəli nəticələr doğurar. Onsuz da bu cür çatışmazlıqlar heç vaxt baş verməz. Çünki atmosfer həyat üçün lazımlı son dərəcə xüsusi şərtlər birləşdirilərək nizamlanmış qeyri-adi tərkibdir və qüsursuz işləyir.

Oxumağa davam et