Allah`a iman insanın həyatına məna verir

Möminlər üçün uca Rəbbimizin rizasını qazanmaq və din əxlaqına xidmət etmək məqsədilə görülən hər iş sevinc mənbəyidir.peace_peace

Möminlər Allah`ın varlığına imanla böyük xoşbəxtlik və mənəvi güc qazanırlar. Allah`ı dost tutmaları və Onun rizasına uyğun davranmalarının əvəzində Allah`ın onlara verdiyi mənəvi güclə daima şövqlü olurlar. İmanın gücü həmişə daha üstün, öndə gedən, nümunəvi insan olmalarına səbəb olur. Oxumağa davam et

Quranda Qədər (Tale) Anlayışı

Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. (Qəmər surəsi 49)

Onların etdiyi hər şey  dəftərlərdədir! (Qəmər surəsi 52)

Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır! (Qəmər surəsi 53)

De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin bir əcəl vaxtı  vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”. (Yunus surəsi 49) Oxumağa davam et