Miqrantlar Paris hücumlarının cavabdehi yox, zərərçəkənidir

greece-migrantsAvropa sahillərinə çatmağa çalışarkən Egey və Aralıq dənizində boğulur, körpə, qadın, kişi cəsədləri sahilə vurur. Hətta bəzən qayıqları qəsdən batırılır və dənizdə ölümə tərk edilirlər.

Yaxud da səyahət etdikləri yük maşınlarında havasızlıqdan can verirlər.

Mədəniyyətin mərkəzi olaraq qəbul edilən torpaqlarda uşaq və qadın ayırd etmədən gözyaşardıcı qaz və təzyiqli su ilə qarşılanır, dəyənəklə döyülürlər.

İnsan hüquqları və qanunun aliliyi dəyərləri üzərində qurulan Avropa İttifaqında dəmir qəfəslərə salınaraq insanlıqdan kənar rəftara məruz qalırlar.

Bütün bu zülmlər azmış kimi, indi də bəzi dairələr tərəfindən Paris hücumlarının səbəbkarı kimi göstərilirlər.

Onlar demək olar ki, hər gün faciələrini mediadan izlədiyimiz miqrantlardır. Əslində ancaq bir məqsədləri var: bomba, terror və müharibəyə görə yaşanmaz hala gələn vətənlərindən qaçırlar. Ailələri ilə birlikdə əmin-amanlıq, təhlükəsizlik və rifah içində yaşaya biləcəkləri ölkələrə getməyə çalışırlar. Oxumağa davam et