Müsəlmanların Rəhbəri Qurani-Kərim və Peyğəmbərimizin (s.ə.v.) Sünnəsidir

Müsəlman əksəriyyətin səhv davrandığı mühitdə Allahın əmr etdiyi kimi vicdanla və Quran əxlaqına uyğun davranmalıdır. Buna görə, əksəriyyətin Quran əxlaqına uyğun olmayan həyat tərzini seçməsi, gündəlik həyatda buna uyğun qərar verib bu cür düşünməsi cəmiyyətdə yaşayan digər şəxslərə təsir etməməlidir.

Müsəlmanlar harada olsalar da, nə etsələr də, qəlblərində və söhbətlərində daima Allaha olan imanlarını və bağlılıqlarını əsas götürürlər. Həyatlarının məqsədi Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq olduğu üçün hər an bu məqsədə uyğun hərəkət edirlər. Hər işdə Quranda bildirildiyi kimi, Allaha təslim olurlar. Bu əxlaqlarına görə, çoxluq içində Quran əxlaqına uyğun hərəkət edən yeganə insan olsalar da, bu onları əsla zəiflətməz. Əksinə, daha diqqətli davranar və Allahın razı olmadığı davranışlardan çəkinərlər. Allahın iznilə, heç bir şərait və mühit onları gözəl əxlaqdan, Allahı və axirəti düşündürməkdən uzaqlaşdırmaz. Rəbbimiz Quranda möminlərin bu xüsusiyyətini belə bildirmişdir: Oxumağa davam et