Axır Zaman Əlamətləri: Qadınlar və Uşaqların da Qətl Ediləcəyi Fitnələrin Yaşanması

Hz. Mehdinin (ə) çıxışından əvvəl yaşanan fitnə mühitində qadınlar, uşaqlar, yaşlılar da qətl ediləcək, zavallı günahsız insanlar öldürüləcək:

Bu hadisədə bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır. Bu hadisə Mədinədən iyirmi dörd mil qədər yayılar. Sonra Hz. Mehdiyə beyət edilər. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 34)

Günahsız insanlar öldürülmədən Hz. Mehdi çıxmaz… Oxumağa davam et

Tarixdən Nümunə: Səlahəddin Əyyubinin İslam Birliyi

1096-cı ildə başladılan birinci Səlib yürüşü zamanı xaçlı orduları Yaxın Şərqə çatdığında müsəlmanlar, aralarında müxtəlif anlaşılmazlıqlar və çəkişmələr yaşanan əmirliklərə bölünmüşdülər. Bu səbəbdən Avropadan gələn barbar işğalçılara qarşı müqavimət göstərə bilmədilər. 1099-cu ildə Qüdsdə dəhşətli qırğın törədildikdən sonra qurulan Xaçlı Krallığı uzun illər müsəlmanların bölünməsindən faydalanmışdı. Ancaq böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin müsəlman əmirliklərini öz hakimiyyəti altına alaraq birləşdirməsi i müsəlmanlar, xaçlı işğalçılara qarşı mübarizə aparmaq gücünə sahib oldular.

Oxumağa davam et

Hz. Mehdinin Çıxışından Əvvəl Kütləvi Qırğınlar Olacaq

Hədislərdə Hz. Mehdinin (ə) çıxışından əvvəl dünyanın böyük əksəriyyətini təsiri altına alan şiddət və qarışıqlığın yaşanacağı, qan töküləcəyi bildirilir:

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar kütləviləşəcək. (Camiü’s-Sagir, 3:211, Müsnəd, 2:492, 4:391, 392)

Şəvvalda müharibə nərələri, Zilhiccədə hərb və müharibə olar. Yenə Zilhiccədə hacılar talana uğrayar, hətta küçələr qandan keçilməz olar… Hərc-mərclik çoxalaraq davam edər. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 37)

Oxumağa davam et