HZ. MEHDİNİN (ƏS) DÖVRÜNDƏ BÜTÜN DÜNYAYA BƏNZƏRSİZ ƏDALƏT HAKİM OLACAQ

25915123a8b01ea05dd6Uca Allah Qurani-kərimdə İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir. Peyğəmbərimiz (səv) də hədislərində bu böyük, mübarək hadisəyə axırzamanda hz. Mehdinin (əs) vəsilə olacağını xəbər vermişdir. Quran əxlaqına uyğun olaraq və Peyğəmbərimizin (səv) bildirdiyi kimi, İslam əxlaqı sevgi ilə hakim olacaq. İslam əxlaqının hakim olması ilə yer üzü sülh və əmin-amanlığa qovuşacaq, hər cür qarışıqlığa, münaqişəyə, anarxiya və terrora son qoyulacaq. Axırzamanın qarışıqlığından və zülmündən əziyyət çəkən insanlar İslam əxlaqını yer üzünə hakim edəcək hz. Mehdinin (əs) ədalətindən, mərhəmətindən, comərdliyindən, sevgisindən, diqqətindən razı qalacaqlar. Oxumağa davam et

Tarixin hər dövründə yaşananlar sünnətullahın tələbidir

Quran ayələrində yaxşı insanlarla pis insanların daima fikri mübarizə içində olduqları xəbər verilir. Tarixin hər dövründə yaxşılıq edən, imana və xeyrə çağıran bir birlik olmuş, bu birliyin qarşısında isə pisliyi yayan, təxribat törədən və fitnə çıxaranlar olmuşdur. Bu iki tərəf arasındakı elmi mübarizə Hz. Adəmdən etibarən mövcud olmuş və qiyamətə qədər də davam edəcək. Tarixdə baş verən bütün hadisələrin çıxış nöqtəsi də əslində budur; yaxşılarla pislərin fikri mübarizəsi… Hər dövrdə bu mövcud olmuş, Allahın izni və köməyi ilə qalib gələnlər hər zaman Allahın tərəfdarları olmuşdur:

Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun! (Muminun surəsi, 44) Oxumağa davam et

İnsanlıq Tarixi Və Haqq Dinin Başlanğıcı

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.), qiyamətdən öncə reallaşacaq olan hadisələri 1400 il bundan əvvəl hədislərdə hər tərəfli olaraq təsvir etmişdir. Hədislərə əsasən müharibələr, anarxiya, yoxsulluq, təbii fəlakətlər artacaq, insanlar gözəl əxlaqdan uzaqlaşacaq, saxta peyğəmbərlər ortaya çıxacaq. Dünya tarixi Allahın yaratdığı qədərə əsasən davam edəcək və Allah, axır zamanda zühur edəcək Hz. Mehdi və ikinci dəfə yer üzünə gələcək Hz. İsanı, Qızıl dövrün yaşanması üçün lazım olan şərtlərin meydana gəlməsinə səbəb edəcək. Oxumağa davam et

Qızıl Dövr

“Qızıl dövr” dür. Qısacası, Qızıl dövr axır zamanın qarışıqlıq, zülm və haqsızlıqlarla dolu olan dövrünün arxasından gələcəkdir. Bu müqəddəs zamanda hər cür bolluq, bərəkət yaşanacaq, insanlar arasında barış, rifah və sevinc hakim olacaq. Allah axır zamanda ikinci dəfə yer üzünə gələcək Hz. İsanı və axır zamanda zühur edəcək olan Hz. Mehdini bu Qızıl dövrün yaşanması üçün vacib olan şərtlərin meydana gəlməsinə vəsilə edəcək. Oxumağa davam et

Hz. İsa Necə Tanınacaq? -1- (Hz. İsanın şəxsi keyfiyyətləri və fiziki xüsusiyyətləri)

Hz. İsa bütün peyğəmbərlər kimi Allahın insanları haqq yola çağırmaqla vəzifələndirdiyi seçilmiş bir bəndədir. Ancaq Hz. İsanı digər peyğəmbərlərdən fərqləndirən bəzi xüsusiyyətləri var. Ən vacib xüsusiyyəti isə  hələ də ölmədiyi, Allah Qatına qaldırılaraq bir gün geri qaytarılacağıdır.

Hz. İsa bundan təxminən 2000 il əvvəl yaşayan, Allahın dünyada və axirətdə üstün etdiyi bir elçidir. Hz. İsa doğumu, həyatı, Allah Qatına qaldırılmağı və bu kimi digər hadisələrlə möcüzəvi bir həyata sahib olmuşdur. Bu mübarək şəxsin həyatı Quranda ətraflı şəkildə xəbər verilmişdir. Allah Quranda bir çox peyğəmbərin qissəsini bizə bildirir. Ancaq Hz. İsa bir çox xüsusiyyəti ilə digər peyğəmbərlərdən fərqlənir. Allahın dərin elm verdiyi bu qiymətli bəndə hələ beşikdəykən danışmağa başlamış, dünyada qaldığı müddət ərzində isə ətrafındakı insanlara böyük möcüzələr göstərmişdir. Oxumağa davam et

Quranda İslam Əxlaqının Dünya Hakimiyyətinə İşarə Edən Ayələr

Quranda İslam əxlaqının dünya hakimiyyətinə işarə edən bir çox ayə var. Bu ayələr Peyğəmbərimizin (səv) axır zamanın son mərhələsi olan Qızıl Dövrü təsvir edən hədisləri ilə çox paralellik təşkil edir. Belə bir hadisə bu günə qədər reallaşmadığına görə, Quran ayələrində xəbər verilən geniş miqyaslı hakimiyyətin, Peyğəmbərimizin (səv) xəbər verdiyi axır zamana işarə etdiyi də son dərəcə açıqdır. Quran əxlaqına sahib qullara güc və iqtidar verilməsiylə bağlı  ayələrdən bəziləri bunlardır:

Allah belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)

Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur! (Saff surəsi, 8-9)

Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz  nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə Surəsi, 32-33)

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunus Surəsi, 82) Oxumağa davam et