Mədəniyyətlər beşiyi Əndəlusdən dövrümüzə dərslər

Alhambra.transformed

Hər bir mədəniyyət müəyyən aspektləri ilə tarixə düşüb, hər biri ardında fərqli izlər buraxıb. Əndəlus İslam mədəniyyəti isə tarix səhnəsinə çıxmış bütün mədəniyyətlər arasında çox saylı xüsusiyyəti ilə müstəsna əhəmiyyətə malikdir.

Qərb tarixçilərinin qaranlıq dövr kimi səciyyələndirdiyi orta əsrin parıldayan ulduzu Əndəlus Avropa mədəniyyətinin formalaşmasında aparıcı rol oynayıb. Şəhər yenilik, mədəniyyət və sivilizasiya anlayışlarının zirvəyə çatdığı əsas mərkəz idi. Avropa günəşin batması ilə qaranlığa qərq olarkən Əndəlusə bağlı Kordova küçələri 24 saat lampalarla işıqlandırılırdı. Avropa çirk və palçıq içində olarkən, Kordovanın dörd tərəfi səki ilə örtülmüşdü və mindən çox hamamı var idi. Oxumağa davam et