İnsanı maddi və mənəvi kirlərdən təmizləyən, nəfsini tərbiyə edərək Allahın razı olduğu əxlaqı mənimsəməsinə səbəb olan ən əsas ibadətlərdən biri də Allah yolunda xeyirli işlər üçün malından sərf etməkdir. Allah Peyğəmbərə möminlərin mallarından sədəqə almasını, bu yolla onların təmizlənməsini bildirmişdir. Ayədə belə hökm verilir:
Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir arxayınlıqdır. Allah eşidəndir, biləndir. (Tövbə surəsi, 103) Oxumağa davam et