BMT-də islahatlara olan ehtiyac

 

bmtBMT 1945-ci ildə yeni dünya müharibəsinin qarşısını almaq məqsədi ilə yaradıldı. Bu baxımdan baxıldıqda bügünkü günə qədər öz missiyasını böyük ölçüdə yerinə yetirmiş kimi görünür. Amma bu birlik şübhəsiz ki, o illərdə yeni təcrübə etdiyi dünya müharibələrindən başqa, fərqli qarşıdurma şəraitlərinə hazır deyil. Aradan keçən 71 il ərzində BMT müdaxilələrinin bir qismi uğurlu olsa da, dünyada baş verən bir çox hadisə BMT-ni ciddi şəkildə aciz qoydu.

Millətlərin sülh şüarı ilə bir dam altında toplaşmaları şübhəsiz ki, gözəl təşəbbüsdür. BMT bu gün 193-ə çatan üzv sayı ilə dünyanın çox böyük hissəsini öz ətrafında toplaya bilib. Ancaq dünya BMT hüququnu göz ardı edərək güclü münaqişə sahəsinə çevrilib. 2016-cı il Qlobal Sülh İndeksinə görə, dünyada son 10 il ərzində münaqişə olmayan təkcə 10 ölkə qalıb. Terror təkcə 2015-ci ildə dünyada 32 min 715 nəfərin həyatına son qoyub. Dünya sülhündən məsul BMT-nin dünya müharibələrinə diqqətini cəmləyərkən dünyadakı yerli müharibələrə də cəmlənməsi vacibdir. Oxumağa davam et