Fotosintez və işıq – mükəmməl uyğunluq

green-leaf-macro-texture-1680x1050Fotosintez, hər kəsin orta məktəb və yuxarı sinif dərslərində öyrəndiyi kimyəvi əməliyyatdır. Lakin bəzən insanlar dərsliklər arasına sığışmış bu mövzunun bizim həyatımız üçün nə qədər mühüm əhəmiyyət daşıdığını görə bilmir. Oxumağa davam et

ORQANİZMİMİZİN FASİLƏSİZ ENERJİ MƏNBƏYİ: QLÜKOZA

Dəzgahı işlədən yanacaq kimi orqanizmimizi enerji ilə təmin edən qlükozanın suda asanlıqla həll olması hansı xüsusiyyəti sayəsində baş verir?

Qlükozanın hər mayedə əriməsi nə üçün həyati əhəmiyyət daşıyır?

Artıq qlükoza molekulu orqanizmdə necə idarə olunur?

Kifayət qədər qlükoza olmasa, orqanizmdə hansı dəyişikliklər baş verər?

Şəkər xəstəliyi necə əmələ gəlir? 

Bütün canlıların əsas qida mənbəyi olan qlükoza çox vacib molekuldur. Çünki Allahın səbəb kimi yaratdığı qlükoza sayəsində qolumuzu hərəkət etdirir, yeriyir, çənə əzələlərimizi işlədib yemək yeyirik. Oxumağa davam et

Öz-özünü Təmir Edə Bilən Tək Orqan: Qaraciyər

500 müxtəlif əməliyyatı eyni anda reallaşdıra bilən qaraciyər hüceyrələri, enerji üçün ehtiyac duyduqları şəkər olmadıqda hansı üsula müraciət edirlər?

İnsan bədəni tamamilə ayrı bir “aləm”, sanki tamamilə başqa bir “şəhərdir”. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, yetkin infrastruktur, ən üstün texnologiyalardan daha üstün texnologiyaya sahib cihazlar, heyrətamiz şəkildə şüur nümayiş etdirən, öz peşəsində ixtisaslaşmış işçilər (hüceyrələr, hormonlar, vəzilər), tam təchizatlı əsgərlər və daha nələr mövcuddur. Üstəlik bu “aləm” yalnız sizin bədəninizin içində deyil. Ətrafınızda gördüyünüz hər bir insan – ananız, atanız, qardaşınız, dostlarınız, iş yoldaşlarınız, küçədə yanlarından keçdiyiniz insanlar, televiziyada izlədiyiniz insanlar, bir sözlə yer üzündə bu an yaşamaqda olan milyardlarla insan, bu möcüzəvi “aləm”ə malikdir. Bu qüsursuz yaradılmış aləm içində Uca Allah bir-birindən möcüzəvi yüzlərlə sistem və onlarla orqan yaratmışdır. Sağlam bir bədənə sahib olmağımıza səbəb olan bu orqanlardan biri də qaraciyərdir. Oxumağa davam et