Qəflətdən Xilas Olmaq Üçün

1150297_448299871951374_1241025494_nQuran oxumaq və ayələr üzərində düşünmək

Qəflət təhlükəsinə qarşı ən yaxşı üsul Allah`ın qullarına yol göstərən bir nur olaraq endirdiyi Quranı oxumaq və onun üzərində düşünməkdir. Quran oxumaq insanın Allah`a yaxınlaşıb Rəbbimizin üstün elm və qüdrətini qavramasına kömək edir. Bundan başqa, insanın daha əvvəl bilmədiyi, düşünmədiyi və düşünüb cavabını tapa bilmədiyi bir çox mövzuda ən açıq və ən doğru məlumatı verir. Bu səbəblə, Quranı səmimi niyyətlə oxuyan və anlayan bir insan qəlbi razı halda Allah`a yönələr. Oxumağa davam et

Quran Oxuyarkən Şeytandan Allaha Sığının!

Al­lah bir sınaq olaraq şey­ta­nı in­san­la­rın dü­şün­cə­lə­ri­nə giz­li təl­qin­lər edən xü­su­siy­yət­də ya­ra­dıb. Bu təl­qin də in­san­la­rın iman də­rə­cə­lə­ri­nə gö­rə də­yi­şir. Şey­ta­nın in­kar­çı­lar qar­şı­sın­da hər is­tə­di­yi­ni et­di­rə­cək bir qüv­və­si ol­du­ğu hal­da, sə­mi­mi mö­min­lə­rin ima­nı­na zə­rər ve­rə bi­lə­cək heç bir qüv­və­si və tə­si­ri yox­dur («Hicr» su­rə­si, 39-40). La­kin şey­ta­nın Al­la­hın xa­lis qul­la­rı­nı az­dır­maq qabiliyyətinə tam malik ola bilməsədə, o, in­san­la­rın nə­zər­lə­ri­ni ya­yın­dır­maq, unut­qan­lıq ver­mək, diq­qət­lə­ri­ni top­la­ma­ğa im­kan ver­mə­mək ki­mi zə­rər­lər ver­mə­yə ça­lı­şır. Şüb­hə­siz ki, şey­ta­nın tə­si­ri ilə hə­rə­kət edən in­san­lar öz söz­lə­ri, da­nı­şıq­la­rı, dav­ra­nış və hə­rə­kət­lə­ri ilə mö­min­lə­ri na­ra­hat edir­lər. Bu­nun ki­mi şey­tan da özü­nün gö­rün­məz­li­yi ilə bu cür na­ra­hat­lı­ğı ver­mə­yə ça­lı­şır. Bununla da şeytan  möminlərin dü­şün­cə­lə­rini məş­ğul edib diq­qət­lə­rini  ya­yın­dı­rmaqla onların xe­yir­li əməl­lə­ri­nə ma­ne ol­maq is­tə­yir.

Şey­ta­nın bəhs et­di­yi­miz bu üsul­la çat­maq is­tə­di­yi məq­səd­lər­dən bi­ri də mö­min­lə­rin Al­la­hın söz­ü olan Quranı oxu­yub dərk et­mə­lə­ri­nin və on­dan gö­zəl şə­kil­də is­ti­fa­də et­mə­lə­ri­nin qar­şı­sı­nı al­maq­dır. Çün­ki mö­min­lər Oxumağa davam et

Quran Oxunanda Susaraq Onu Dinləmək Fərzdir !

«Quran oxu­nan za­man onu din­lə­yin və su­sun ki, si­zə rəhm olun­sun!» («Əraf» su­rə­si, 204).

Ayə­də qə­ti şə­kil­də ifa­də edil­di­yi ki­mi, Quran oxu­nar­kən su­sa­raq onu din­lə­mək yal­nız gö­zəl bir dav­ra­nış for­ma­sı de­yil, ey­ni za­man­da Al­la­hın fərz qıl­dı­ğı əməl­dir. Ayə­nin ar­dın­da da ifa­də edil­di­yi ki­mi, bu əm­rə göstərilən diq­qət­ mö­min­lə­rə rəhm olunmasına sə­bəb ola bi­lə­r.

Quran Al­la­hın sö­zü­dür. Bu­na gö­rə də Al­la­ha gös­tə­ril­mə­li olan haşyət, yəni qor­xu do­lu hörmət Al­la­hın sö­zü­nə qar­şı da gös­tə­ril­mə­li­dir. Bu hörmətin ilk mər­hə­lə­si isə Al­la­hın sö­zü­nü eşit­di­yi za­man su­sub, o sö­zə qu­laq as­maq­dır. Quran is­tər ərəb, is­tər­sə də türk di­lin­də və ya baş­qa dil­lər­də oxun­du­ğu za­man ona hə­min hör­mə­tin gös­tə­ril­mə­si əsas şərt­dir. Oxumağa davam et