Böyük partlayış nəzəriyyəsinə qarşı etirazların əsassızlığı

CMB_Timeline75Yaradılış həqiqətinə edilən etirazlar və əsassızlığı

Buraya qədər araşdırdığımız kimi, böyük partlayışın kainatın yoxdan yaradıldığı mənasını verdiyi, yəni yaradılışı sübut etdiyi açıqdır. Bundan ötrü də, materialist fəlsəfəni mənimsəmiş astronom və fiziklər, bu həqiqətə qarşı çıxa bilmək üçün, bəzi alternativ izahlar gətirməyə çalışıblar. Bunlardan biri olan “stasionar kainat” nəzəriyyəsinə əvvəlki səhifələrdə toxunmuş və bu nəzəriyyənin əslində “kainatın yaradılması fikrindən fəlsəfi olaraq narahat olan” bəzi elm adamlarının ümidsiz səyi olduğunu ifadə etmişdik. Oxumağa davam et

Qurani-Kərimdə kainatın yaradılışı

Qurandakı işarələr

Böyük partlayış modeli, insanların kainatı tanımasına kömək etməklə yanaşı, çox mühüm bir funksiya daha gerçəkləşdirmişdir. Əvvəlki səhifələrdə sözlərini nəql etdiyimiz, əvvəllər ateist olan lakin sonradan yaradılışı qəbul edən tanınmış filosof Antoni Flyunun (Anthony Flew) ifadəsiylə, böyük partlayışla birlikdə; “elm, dini mənbələr tərəfindən müdafiə olunan bir iddianı sübut etmişdir”.kurani-kerim

Bu həqiqət, kainatın yoxdan yaradıldığı həqiqətidir. Bu, elmin kəşfindən minlərlə il əvvəl, Allahın insanlara rəhbər olaraq endirdiyi müqəddəs kitablarda bildirilmişdir.

Bütün ilahi mənbələrdə arasında təhrif olunmamış yeganə kitab olan Quranda isə, həm kainatın yoxdan yaradılışı, həm də bu yaradılışın forması mövzusunda məlumatlar verilir. Bundan 14 əsr əvvəl vəhy olunmuş bu məlumatlar, XX əsr elminin tapıntılarıyla tam şəkildə üst-üstə düşür. Oxumağa davam et