Münafiqlərin Aldatma Üsulları

Yaxşılıq etmək istədiklərini bildirirlər, ancaq müsəlmanlara zərər vermək üçün ayrı məscid tikirlər:

“Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”, – deyə and içənlərin, həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!” (Tövbə surəsi, 107)

Fitnə çıxarmalarına baxmayaraq, islah edici olduqlarını iddia edirlər:

“Onlara : “Yer üzündə fəsad törətməyin!” -dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”,-deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədəndirlər, lakin dərk etmirlər.” (Bəqərə surəsi, 11-12) Oxumağa davam et

Münafiqlər Batil Dinlərində Qərarlıdırlar: Peyğəmbərin Tətbiq Etdiyi Dini Bəyənmirlər

O zaman münafiqlər və ürəklərində mərəz olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!” – deyirdilər. Lakin Allaha təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət sahibidir! (Ənfal surəsi, 49)

Onların əyanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm olun. (Bizdən) istənilən şey budur (tövhiddir). Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır. (Sad surəsi, 6-7) Oxumağa davam et

Münafiqlər Cəhd Etmək -Yəni İslam Əxlaqının Hakim Olması Üçün Fikri Mübarizə Aparmaq- İstəmirlər

Onlar dedilər: “Ya Musa, orada nəhəng (qüvvətli) adamlar vardır. ONLAR ORADAN ÇIXMAYINCA BİZ ORA GİRMƏYƏCƏYİK. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”. (Maidə surəsi, 22)

Dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. SƏN VƏ RƏBBİN GEDİB ONLARLA VURUŞUN. BİZ İSƏ BURADA OTURACAĞIQ”. (Maidə surəsi, 24)

ARXADA QALANLAR (MÜNAFQİLƏR) ALLAHIN RƏSULUNA QARŞI ÇIXARAQ (EVDƏ) OTURUB QALMALARINA SEVİNDİLƏR, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər! (Tövbə surəsi, 81) Oxumağa davam et