Zamanın Nisbiliyi…

Zamanın nisbiliyi məsələsi dövrümüzdə sübut edilmiş elmi həqiqətdir. Ancaq bu həqiqət keçən əsrin əvvəllərində Eynşteynin nisbilik nəzəriyyəsi ilə ortaya çıxmışdır. O dövrə qədər insanlar zamanın nisbi qavrayış olduğunu, mühitə görə dəyişdiyini bilmirdilər. Ancaq tanınmış alim Albert Eynşteyn nisbilik nəzəriyyəsi ilə bu həqiqəti açıq şəkildə sübut etdi. Zamanın kütlədən və sürətdən asılı qavrayış olduğunu irəli sürdü. Bəşəriyyət tarixində heç kim bu mövzunu açıq şəkildə dilə gətirməmişdi.

Ancaq tək bir istisna ilə! Quranda zamanın izafi (nisbi) olduğunu göstərən məlumatlar verilirdi. Bu mövzu ilə bağlı ayələri belədir:

…Rəbbinin dərgahında bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi, 47) Oxumağa davam et

Zaman Hissi Və Hafizənin Sirləri

“Keçmiş” qavrayışı hafizəmizdəki məlumatlara görə əmələ gəlir

Allah Qatında zaman yoxdur. Bütün hadisələr bir anda baş verir və o “bu andır”.

Biz, bizə edilən təlqinə görə keçmiş, bu an və gələcək kimi bölmələrə ayrılmış zaman hissələrini yaşadığımızı zənn edirik.

Əslində isə “keçmiş” kimi qavrayışa malik olmağımızın tək səbəbi hafizəmizə bəzi hadisələrin verilməsidir. Məsələn, orta məktəbə getdiyimiz an hafizəmizdə olan məlumatdır və biz buna görə bunu keçmiş hadisə kimi hiss edirik. Gələcəklə bağlı hadisələr isə hafizəmizdə yoxdur. Buna görə də biz hələ xəbərdar olmadığımız hadisələri “yaşanacaq”, “gələcəkdə baş verəcək” hadisələr kimi qəbul edirik. Əslində isə keçmiş bizim üçün necə yaşanmış, təcrübədən keçirilmiş, görülmüş hadisələrdirsə, gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyi üçün biz bunları bilmirik. Oxumağa davam et