Yaradılış Dəlilləri

Oturduğunuz yerdən ətrafınıza bir baxın. Olduğunuz otaqdakı hər şeyin “düzəldilmiş” olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan; sayılmayacaq qədər çox əşya… Bunlardan tək bir dənəsi belə öz başına əmələ gəlib otağınıza gəlməmişdir. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan vardır; o saçaq oraya öz qərarı ilə, təsadüfən gəlib yerləşməmişdir.

Əlinə bir kitab alan insan da, onun bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir. Bu kitabın təsadüfən ortaya çıxdığını fikrinə belə gətirməz. Eyni halda bir heykələ baxan insan, onun bir sənətkar tərəfindən hazırlandığına heç bir şübhə etməz. Nəinki saysız sənət əsərinin öz-özünə yarandığını düşünmək, hətta üst-üstə duran 2-3 kərpici belə planlı bir hərəkətlə o şəklə gətirən kimsəni olduğunu heç kim inkar etməz. Başqa bir sözlə desək, kiçik ya da böyük, qayda olan yerdə, şübhəsiz bu qaydanın bir qurucusunun və qoruyucusunun olması labüddür. Bir gün biri çıxıb, xam dəmir və kömürün təsadüfən poladı, poladın təsadüfən Eyfel Qülləsini təşkil etdiyini iddia etsə, bu adamın və ona inananların ağıllarına şübhə edilməzmi? Oxumağa davam et

Qüsursuz Yırtıcı Quş: Qartal

Quşları nəzərdən keçirdikdə bədənlərindəki bütün xüsusiyyətlərin uçuş üçün xüsusi dizayn edildiyini görərik. Məsələn, göy üzündə ən yaxşı hərəkət etmə qabiliyyətinə malik olan quşlardan olan qartalların da bədən quruluşları hər cəhətdən qüsursuzdur. Qartallar həm yerdən havaya qalxmaq üçün yüngül olmalı, həm də ovlarını tutduqda rahatlıqla daşımaq üçün güclü olmalıdırlar. Bir keçəl kərkəsin (qartalın) 7000-dən çox tükü var, ancaq bu tüklərin hamısının ağırlığı təxminən 500 qram edir. Bundan başqa qartalların bədənlərinin daha yüngül olması üçün sümüklərinin içi də boşdur. Bu sümüklərin bir çox yerində havadan başqa bir şey yoxdur. Bir keçəl kərkəsin skeletinin bütövlükdə ağırlığı 272 qramdan bir az çoxdur. Qısası, qartalların ağırlığı uçmaq üçün son dərəcə idealdır.

Bir qartal uçarkən özünə lazım olan gücün çoxunu qanadlarını çırpma əsnasında, qanadının aşağıya doğru hərəkətindən alır. Buna görə qartalın Oxumağa davam et