13 noyabrda Fransanın paytaxtı Parisdə altı fərqli yerdə həyata keçirilən, 132 nəfərin həyatını itirməsinə, 352 nəfərin yaralanmasına səbəb olan silahlı və bombalı hücumlardan sonra ölkədəki təhlükəsizlik tədbirləri maksimum dərəcədə artırılıb. Tarixinin ən böyük terror hadisəsi ilə sarsılan ölkədə bu gün nəzərlər 6 və 13 dekabrda keçiriləcək iki pilləli əyalət və bölgə seçkilərinə yönəlib.
Seçkilərin aparıcı partiyası Milli Cəbhənin həddindən artıq sağ lideri Marina Le Penin daha çox səs toplamaq üçün müsəlmanlara yaxınlıq göstərməsi ölkədəki sekulyar təbəqə tərəfindən böyük reaksiya ilə qarşılandı. 2017-ci ildəki prezident seçkilərində qalib gələcəyi təxmin edilən Le Penin lideri olduğu Milli Cəbhədən bir səlahiyyətli şəxs radikallara deyil, həqiqi İslama inanan fransız vətəndaşlarına müraciət etdiklərini və onları ilk öncə fransız vətəndaşı kimi gördüklərini söyləyərək partiyasını müdafiə etdi.
Radikalizmlə həqiqi İslam arasındakı fərqi düzgün səciyyələndirmək “İslami terror” olaraq təqdim edilən və bütün dünyanı lərzəyə salan radikal terrora son qoyacaq səviyyədə həyatı bir məsələdir. Özlərini müsəlman kimi təqdim edən radikalların əməllərinin İslam mənşəli olmadığını dəlilləri ilə ortaya qoymaq dünyada sülh və əmin-amanlığı təmin edəcək ən köklü həll yoludur. Terrora qarşı tək səs olmaq ancaq bu şəkildə mümkündür. Oxumağa davam et