Dini münaqişələrə təhsil son qoya bilər

konferans_salonu_bigBu yaxınlarda Qətərdə mühüm məsələləri müzakirə etmək məqsədi ilə “Dinlərarası dialoq” konfransı keçirildi. Konfransın məqsədi Mərkəzi Afrika Respublikasındakı xristian-müsəlman, Myanmardakı budist-müsəlman münaqişələrini, yenə də dinlərarası münaqişələrdən qaynaqlanan İsrail-Fələstin gərginliyini və Şimali İrlandiya qiyamını geniş şəkildə müzakirə etmək, bu münaqişələrin altında yatan əsl səbəbi tapmaq idi. Həqiqətən də əsas məsələ dinlərarası dialoq problemidir, yoxsa arxa planda torpaq, hakimiyyət və millətçilik kimi amillər dayanır? Oxumağa davam et