Bitki rənglərindəki sənət

  • Ətrafınızdakı çiçəklərin nə üçün bu qədər müxtəlif rəngləri olduğunu heç düşünmüsünüzmü?
  • Bitkilərin yarpaqları nə üçün yaşıldır?
  • Metrlərlə hündürlüyü olan ağacların ən ucdakı budaqları belə yaşıl rəngini necə qoruyur?

2-ideas-of-spring-bedding-plants-2014Meyvələr, tərəvəzlər, çiçəklər və ağacların hər birinin müxtəlif rəngi, qoxusu və dadı var. Şübhəsiz ki, bu xüsusiyyət Allah`ın yaratma sənətinin dəlillərindəndir. Ətrafınızda hər an gördüyünüz, bəzən də ancaq kitablardan tanıdığınız bitkilərin hər birinin özünəməxsus rəng və naxışları var. Hamısının çoxalma forması fərqlidir, tərkiblərindəki nektarın miqdarı, qoxuları da fərqlənir. Gülləri düşünək. Qırmızı, ağ, sarı, narıncı, çəhrayı, kənarları ağ, əlvan rəngli, hətta bir-birinə keçid edən rəngləri olan növbənöv çiçəklər var. Sözsüz ki, bunları görən insanın heyran olmaması, çiçəkləri yaradan uca Allah`ın sonsuz qüdrətini qavramaması korluqdur. Allah Quranda gördüyü yaradılış dəlillərini təqdir edə bilməyən insanlar haqqında belə buyurur:

Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, onların yanından üz çevirib keçirlər. Onların əksəriyyəti ancaq şərik qoşaraq Allah`a inanarlar. (Yusif surəsi, 105-106) Oxumağa davam et

Heç bir rəngin olmadığı qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç düşünmüsünüz?

 267362Canlılar işıq və duyğu sistemlərinə görə işləyən “rəng dili”nə malikdirlər. Hər canlı yaşadığı mühitdəki rənglərin dilini bilir. Bu incə sistemi və canlılar arasındakı uyğunluğu yaradan bütün aləmlərin Rəbbi olan Allah’dır.

Bir anlıq bütün ön mühakimələrinizdən xilas olaraq, indiyə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq düşünün. Bədəninizin, ətrafınızdakı insanların, dənizlərin, səmanın, ağacların, çiçəklərin, qısası, hər şeyin qapqara olduğunu təsəvvür etməyə çalışın. Ətrafınızda heç bir rəngin olmadığını düşünün. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin heç rəngi olmasaydı, nələr hiss edərdiniz? Oxumağa davam et