Vüsal Məmmədovun modern.az saytına müsahibəsindəki iddialara cavablar

vusal_mamedov_01101420 İyun 2016-cı il tarixində modern.az saytında jurnalist Vüsal Məmmədovun müsahibəsi yayımlandı. V. Məmmədovun fəlsəfi düşüncələrinin əsas yer tutduğu bu müsahibədə elmi cəhətdən bir çox nöqsanlı məqamlara yer verilib ki, bu cavab məqaləmizdə toxunulan məsələlərin həqiqi üzünü ortaya çıxaracağıq. Öz fəlsəfi düşüncələrinə geniş yer verdikdən sonra V. Məmmədov deyir:

Mən ateistəmsə, bu, ancaq o deməkdir ki, dini təfəkkürü yox, elmi dünyagörüşünü əsas götürürəm. Həyatı, kainatı elmi təfəkkürlə dərk etməyə çalışıram. Bu zaman elmi düşüncəyə zidd olan bütün fikirləri kənara qoyuram”.

Vüsal Məmmədov: “mən ateistəmsə, elmi dünyagörüşünü əsas götürürəm”,- deyir. Bu sözləri oxuyan bir insan düşünə bilər ki, sanki ateizm elmi bir açıqlamadır. Lakin ateizm heç bir zaman elmə əsaslanmayıb. Bunu Vüsal Məmmədovun elə özünə nümunə götürdüyü ateizmin bayraqdarı Riçard  Dokinzin sözlərindən görə bilərik: “Darvin intellektual səviyyədə qane olmuş bir ateist olmağa imkan yaratdı”.1 ““Növlərin Mənşəyi” kitabından öncə ateist olmaq çox çətin idi”,- başqa bir reportajında Dokinz xüsusilə vurğulayır.2 Deməli, ateistlər Darvindən öncə heç də elmə əsaslanaraq ateist olmurdular. Darvindən sonra isə, ateistlər özlərinə uydurma bir əsas tapdılar, hansı ki, elmlə yaxından-uzaqdan heç bir əlaqəsi yox idi. Bu gün də ateistlər “elmə əsaslanırıq” deyərkən, əslində, Darvinin içi puç fantaziyalarına əsaslanırlar.

Məşhur alim, Fizika üzrə Nobel mükafatı laureatı Robert Millikanın ateizmin elmi olmadığı ilə bağlı fikirlərinə nəzər salaq: “Ateizm o qədər elmdənkənardır ki, elmin ruhuna bundan da zidd olan ikinci bir anlayış təsəvvür etmək olmur”.3 Oxumağa davam et

Təkamülçülər İstəməsə də, Elmi Kəşflər Yaradılış Gerçəyini Təsdiq Edir

Elm yanlış ideologiyalar tərəfindən yönləndirildikdə, vaxt, pul, əmək itkisi yaranır. XVIII əsrdən etibarən elm əsasən materialistlərin hakimiyyəti altında qalmış və demək olar ki, bütün fəaliyyətlər materialist fəlsəfənin elmi tərəfdən sübutuna yönəldilmiş, materialist fəlsəfəni təkzib edən elmi dəlillər cəmiyyətə təhrif olunmuş halda təqdim edilmişdir.

Diqqəti çəkən məqam isə budur ki,  təkamülçülər təkamülü sübut etmək üçün apardıqları araşdırma və təcrübələr nəticəsində daima yaradılışı təsdiqləyən dəlillər tapmışlar. Elm, Allahın varlığına inananlar üçün çox asan və zəhmətsizdir. Çünki mövcud olan sistemi araşdırmaq və onunla bağlı dəlilləri axtarmaq elm adamları üçün çətinlik yaratmaz. Ancaq olmayan bir dəlili axtarmaq təkamülçülərin öz ifadəsi ilə desək “cansıxıcı”“baş ağrıdıcıdır”.

Buna ən gözəl nümunələrdən biri də Kambrien dövrünə aid paleontoloji tapıntılardır. Oxumağa davam et