Vüsal Məmmədovun modern.az saytına müsahibəsindəki iddialara cavablar

vusal_mamedov_01101420 İyun 2016-cı il tarixində modern.az saytında jurnalist Vüsal Məmmədovun müsahibəsi yayımlandı. V. Məmmədovun fəlsəfi düşüncələrinin əsas yer tutduğu bu müsahibədə elmi cəhətdən bir çox nöqsanlı məqamlara yer verilib ki, bu cavab məqaləmizdə toxunulan məsələlərin həqiqi üzünü ortaya çıxaracağıq. Öz fəlsəfi düşüncələrinə geniş yer verdikdən sonra V. Məmmədov deyir:

Mən ateistəmsə, bu, ancaq o deməkdir ki, dini təfəkkürü yox, elmi dünyagörüşünü əsas götürürəm. Həyatı, kainatı elmi təfəkkürlə dərk etməyə çalışıram. Bu zaman elmi düşüncəyə zidd olan bütün fikirləri kənara qoyuram”.

Vüsal Məmmədov: “mən ateistəmsə, elmi dünyagörüşünü əsas götürürəm”,- deyir. Bu sözləri oxuyan bir insan düşünə bilər ki, sanki ateizm elmi bir açıqlamadır. Lakin ateizm heç bir zaman elmə əsaslanmayıb. Bunu Vüsal Məmmədovun elə özünə nümunə götürdüyü ateizmin bayraqdarı Riçard  Dokinzin sözlərindən görə bilərik: “Darvin intellektual səviyyədə qane olmuş bir ateist olmağa imkan yaratdı”.1 ““Növlərin Mənşəyi” kitabından öncə ateist olmaq çox çətin idi”,- başqa bir reportajında Dokinz xüsusilə vurğulayır.2 Deməli, ateistlər Darvindən öncə heç də elmə əsaslanaraq ateist olmurdular. Darvindən sonra isə, ateistlər özlərinə uydurma bir əsas tapdılar, hansı ki, elmlə yaxından-uzaqdan heç bir əlaqəsi yox idi. Bu gün də ateistlər “elmə əsaslanırıq” deyərkən, əslində, Darvinin içi puç fantaziyalarına əsaslanırlar.

Məşhur alim, Fizika üzrə Nobel mükafatı laureatı Robert Millikanın ateizmin elmi olmadığı ilə bağlı fikirlərinə nəzər salaq: “Ateizm o qədər elmdənkənardır ki, elmin ruhuna bundan da zidd olan ikinci bir anlayış təsəvvür etmək olmur”.3 Oxumağa davam et

Darvinistlər İnsanlara ”Məsuliyyətsizlik” Təlqini Verirlər

Tarix boyu materializmin ən böyük məqsədi insanları Yaradanın varlığına olan inancdan uzaqlaşdırmaq və insana maddədən başqa bir şey olmadığı yalanını aşılamağa çalışmaq olmuşdur. Bunda əsas məqsəd insana məsuliyyətsizlik təlqini vermək və onu “təkamül keçirən heyvandan” başqa bir şey olmadığına inandırmaqdır. Darvinizm materialist məntiqin davamı olduğuna görə bu təlqini vermək insanları darvinizmə daha da yaxınlaşdırır. Çünki, məsuliyyətsizlik hissi ancaq Allah inancı qəlbinə tam yerləşməmiş insanları cəzb edir. Məsuliyyətsizlik düşüncəsi ilə insanlar dünyanın zövqlərinə daha asan çatacaqlarına inanıb yanılırlar. Bütün həyatları boyu elə davranırlar ki, sanki Allaha qarşı heç bir məsuliyyətləri yoxdur. Oxumağa davam et