Blez Paskal (1623-1662)

Qə­dim yu­imagesnan alim­lə­rin­dən son­ra hən­də­sə­də xey­li irə­li­lə­yiş əl­də et­miş gör­kəm­li tə­bi­ət­şü­nas alim Blez Pas­kal ar­tıq çox gənc yaş­la­rın­da bir çox kəşf­lə­rin mü­əl­li­fi idi. Onun di­gər fəa­liy­yə­ti də uğur­lu idi. Blez Pas­kal ri­ya­ziy­yat sa­hə­sin­də çox­say­lı iş­lə­ri ilə ya­na­şı, fi­zi­ka­da da az iş gör­mə­di. Mə­sə­lən, o, at­mos­fe­ri təd­qiq edə­rək və ma­ye­lə­rin me­xa­ni­ka­sı ilə məş­ğul ola­raq at­mos­fer­də­ki təz­yi­qin hün­dür­lü­yün art­ma­sı­na mü­tə­na­sib ola­raq də­yiş­di­yi­ni kəşf et­di. Elm ta­ri­xin­də va­cib yer tu­tan Blez Pas­kal din­dar in­san idi. Blez Pas­ka­lın “Allah hər şe­yin ya­ra­dı­cı­sı­dır: ri­ya­ziy­yat­dan tut­muş ele­ment­lə­rin qay­da­sı­na qə­dər” söz­lə­rin­də onun Allah`ın son­suz qüd­rə­ti qar­şı­sın­da­kı hey­rə­ti ifa­də olun­muş­dur.

Qurani Kərimdə Allahın Riyazi Möcüzəsi

Quran göndərildiyi gündən etibarən hər dövrdə yaşayan insan qrupunun anlaya biləcəyi asan və aydın dilə malikdir. Ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmət bunun ən əhəmiyyətli səbəblərindəndir. Bununla yanaşı Quranın Allahın sözü olduğunu isbat edən bir çox möcüzəvi xüsusiyyəti daha var. Bunlardan biri də Quranda diqqəti cəlb edən söz təkrarlarıdır.

Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici kitab olan Quran-ı Kərimi göndərmiş və bütün insanlığı Qurana riayət edərək qurtuluşa çatmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi Quran “…aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil.” (Qələm Surəsi, 52) Quran göndərildiyi gündən qiyamət gününə qədər insanlığın tək yol göstəricisi olan son İlahi kitab olacaq. Ancaq 20-ci və 21-ci əsr texnologiyası ilə əldə etdiyimiz bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Allahın sözü olduğunu isbat edən çox sayda möcüzələrdən biridir. Bu xüsusiyyətlərdən biri də “riyazi möcüzə”lərdir. Bu möcüzəyə bir nümunə isə Qurandakı bəzi söz təkrarlarının verdiyi ortaq ədədi göstərmək olar. Bir-biriylə əlaqədar bəzi sözlər möcüzəvi şəkildə eyni sayda təkrarlanır. Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma ədədləri verilmişdir.

“Yeddi göy” ifadəsi 7 dəfə keçir. “Göylərin yaradılışı (xəlqi səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır.

“Gün (yəvm)” ifadəsi tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni“günlər (əyyam və yəvməyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrar sayı isə 12-dir. Oxumağa davam et