Qadın-Kişi Münasibətlərindəki Şirk Sevgisi

Allahın razılığından kənar qurulan qadın-kişi münasibətləri insanları şirkə aparan əhəmiyyətli mövzulardan biridir. Bunlar ya evlilik, ya da evlilikdən kənar qurulan münasibətlər şəklində ola bilər.

Bu romantik sevgi anlayışında, Allaha qarşı edilməli olan bütün vəzifələri bir-birlərinə qarşı edən, bir-birlərini Allahdan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı hiss ediləcək duyğuları bir-birlərinə qarşı hiss edən “sevgililər” ortaya çıxar. Bu sevgililər Allahı zikr etmək (xatırlamaq) yerinə, davamlı bir-birlərini zikr edərlər (xatırlayarlar). Səhər oyananda onları yaradan və onlara yeni gün nəsib edən Allahı  xatırlayıb Ona şükr edəcəkləri yerdə, ilk işləri bir-birlərini düşünmək, bir-birlərini xəyal etmək olar. Özlərini Allaha bəyəndirməyə deyil, bir-birlərinə bəyəndirməyə çalışarlar. Allah və Onun dini üçün fədakarlıq etməzlər, amma bir-birləri üçün müxtəlif fədakarlıqlar göstərərlər. Qısacası bu şəxslər bir-birlərini ilah etmiş olarlar.

Romantik sevgililərin bir-birləri ilə olan söhbətlərində, yazdıqları şerlərdə “hara baxsam səni görürəm, hara getsəm səni düşünürəm” kimi ifadələr işlədilir. Oxumağa davam et

Cahiliyyənin Romantik Sevgisi

Ağı­lın iti­rilməsinə sə­bəb olan amillərdən bi­ri də his­sə qa­pıl­maq, xə­yal­pər­vər­lik, ya da baş­qa adı ilə de­sək, ro­man­tizm­dir. Mə­sə­lən, sev­gi an­la­yı­şı­nın həm his­si, həm də əq­li şək­li ola bi­lər. His­si sev­gi bəs­lə­yən in­san se­vil­mə­yə əs­la la­yiq ol­ma­yan in­san­la­ra, ya da can­sız əş­ya­la­ra sev­gi du­yar. Xalq ara­sın­da özü­nə əziy­yət çək­di­rən, özü­nə də­yər ver­mə­yən in­san­la­rın se­vil­mə­si mən­ti­qi yer al­mış­dır.Bu­nun ək­si­nə ola­raq, mö­mi­nin sev­gi­si ta­ma­mi­lə ağ­lı­na gö­rə­dir. Sev­di­yi in­sa­nı, on­da­kı gö­zəl xü­su­siy­yət­lə­ri (bu xü­su­siy­yət­lər Qu­ran­da bil­di­ri­lən «iman əla­mət­lə­ri», ya da «mö­min xü­su­siy­yət­lə­ri»dir) araş­dı­rıb gö­rə­rək se­vər. Se­vil­mə­yə la­yiq ol­ma­yan bir in­sa­na isə əs­la sev­gi bəs­lə­məz. Qu­ran­da his­si sev­gi­nin təh­lü­kə­si­nə da­ha çox diq­qət ye­ti­ri­lir. «Mum­tə­hi­nə» su­rə­sin­də Al­lah be­lə bu­yu­rur:

«Ey iman gə­ti­rən­lər! Nə mə­nim düş­mə­ni­mi, nə də özü­nü­zün düş­mə­ni­nizi dost tu­tun! On­lar si­zə gə­lən haq­qı in­kar et­dik­lə­ri hal­da, siz on­lar­la dost­luq edir­si­niz.Siz Rəb­bi­niz olan Al­la­ha iman gə­tir­di­yi­niz üçün on­lar Pey­ğəm­bə­ri və si­zi yurd­la­rı­nız­dan çı­xar­dır­dı­lar. Əgər siz Mə­nim yo­lum­da və Mə­nim ri­za­mı qa­zan­maq uğ­run­da ci­ha­da çıx­mı­sı­nız­sa Mə­nim düş­mən­lə­ri­mi dost tut­ma­yın. Siz on­lar­la giz­lin­də dost­luq edir­si­niz. Mən si­zin giz­li sax­la­dı­ğı­nız və aş­kar et­di­yi­niz hər şe­yi bi­li­rəm. Siz­dən kim bu­nu et­sə, o, şüb­hə­siz ki, haqq yol­dan az­mış­dır!(«Mum­tə­hi­nə» su­rə­si, 1). Oxumağa davam et