Ağılın itirilməsinə səbəb olan amillərdən biri də hissə qapılmaq, xəyalpərvərlik, ya da başqa adı ilə desək, romantizmdir. Məsələn, sevgi anlayışının həm hissi, həm də əqli şəkli ola bilər. Hissi sevgi bəsləyən insan sevilməyə əsla layiq olmayan insanlara, ya da cansız əşyalara sevgi duyar. Xalq arasında özünə əziyyət çəkdirən, özünə dəyər verməyən insanların sevilməsi məntiqi yer almışdır.Bunun əksinə olaraq, möminin sevgisi tamamilə ağlına görədir. Sevdiyi insanı, ondakı gözəl xüsusiyyətləri (bu xüsusiyyətlər Quranda bildirilən «iman əlamətləri», ya da «mömin xüsusiyyətləri»dir) araşdırıb görərək sevər. Sevilməyə layiq olmayan bir insana isə əsla sevgi bəsləməz. Quranda hissi sevginin təhlükəsinə daha çox diqqət yetirilir. «Mumtəhinə» surəsində Allah belə buyurur:
«Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşməninizi dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz.Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdlarınızdan çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa Mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!(«Mumtəhinə» surəsi, 1). Oxumağa davam et →
Bunu bəyən:
Bəyən Yüklənir...