Müharibə ehtirası hər kəsə zərər verir

maxresdefault

20-ci əsr qarşısı asanlıqla alına biləcək səbəblərlə başlayan iki böyük dünya müharibəsinə səhnə olmuşdur. Bunlardan biri I Dünya Müharibəsinin fitilini alovlandıran Avstriya-Macarıstan vəliəhdi hersoq Ferdinandın Sarayevoda serb millətçisi tərəfindən öldürülməsi idi. 28 iyul 1914-cü ildə Avstriya-Macarıstan imperiyasının Serbiyaya müharibə elan etməsindən sonra cəmi 7 gün ərzində Rusiya, Fransa, İngiltərə, Almaniya, Avstriya-Macarıstanla birlikdə koloniya və müttəfiqləri bütünlüklə müharibəyə daxil oldu. 3 ay ərzində də Osmanlı dövlətinin daxil olması ilə üç qitəyə yayılan dünya müharibəsi başladı. Müharibə 4 il davam etdi. 1918-ci ildə sülh elan edildikdə isə ümumi insan tələfatı 15 milyon oldu.

II Dünya Müharibəsi də 1 sentyabr 1939-cu ildə Almaniya və Sovet İttifaqının Polşanı işğal etməsi ilə başladı. İngiltərə və Fransanın müharibəyə daxil olması cəmi 3 gün çəkdi. İngiltərə özü ilə birlikdə Kanadadan Avstraliyaya İngilis Millətlər Birliyinin üzvlərini müharibəyə çəkdi. 6 ay ərzində əvvəlcə İtaliya, sonra da Yaponiya müharibənin iştirakçısı oldu. 6 il ərzində 85 milyon insanın həyatını itirməsinə səbəb olacaq bu müharibə bir neçə ay ərzində əvvəlcə Avropanı, sonra da dünyanı yanğın yerinə çevirdi. Oxumağa davam et

Əsəd getsə, müharibə bitərmi?

Suriyada 3 ildir davam edən vətəndaş müharibəsi gündəmə gəldikcə müxalif cəbhənin necə mürəkkəb quruluşda olduğunu artıq hər kəsSyrian President Bashar al-Assad attends bilir. Ancaq məsələ rejim qüvvələrinə gəldikdə, bunların ümumi adı var: Əsəd. Bəs həqiqətən Əsəd getsə, Suriyada müharibə bitərmi?

İnsanlar qavramaqda çətinlik çəkdikləri mövzuları şüuraltı sadələşdirir, qruplaşdırır, ümumiləşdirirlər. Ümumiləşdirmə isə tədricən həqiqətin üstünü örtən dumana çevrilir. Suriya qüvvələri məsələsində də bənzər nümunə ilə qarşılaşırıq. “Ərəb baharı” adlandırılan demokratiya axtarışı hərəkatının başlanğıcından etibarən gördüyümüz nümunələr bir çox insanda belə bir fikir formalaşdırdı ki, hər ölkədə buna bənzər yola əl atmaq lazımdır. Oxumağa davam et