Heç səbir haqqında ətraflı düşünmüşsünüzmü?

sx_487969202_dpCahiliyyə cəmiyyətində səbir etmək dedikdə, adətən, hər hansı bir şeyə və ya hadisəyə qısa müddət təhəmmül etmək, dözmək kimi başa düşülür. Təhəmmül edən insan bütün danışıq və davranışlarında yaşadığı vəziyyətdən narazılığını büruzə verir. Çünki təhəmmül özündə narazılıq, narahatçılıq hissini də ehtiva edir. Qarşılaşdıqları hər hadisənin Allah tərəfindən xeyirlə yaradıldığını dərk etməyən insanlar qəflətdə olduqları üçün hər şeyin Onun nəzarəti daxilində baş verdiyini unudurlar. Təhəmmül edən insanlar bütün hadisələrin insanların güc və iradəsi daxilində, onların istək və qərarlarına uyğun formalaşdığını düşünürlər. Oxumağa davam et