Həyatını İslama uyğun şəkildə qurmaq və bu həyat tərzi ilə üst-üstə düşməyən davranışlardan özünü uzaq tutmaq möminin gerçəkləşdirə biləcəyi ibadətdir. Bu barədə qətiyyətli olmaq, güzəştə getməmək və zamanın yorucu təsirindən qorunmaq üçün səbr etmək lazımdır.
Bu səbəbdən səbir və dözüm anlayışları fərqlidir. Dözüm, müəyyən sıxıntı və kədərə tab gətirməkdir. Halbuki möminin malik olduğu səbir anlayışı fərqlidir; səbir edən mömin başına gələn sıxıntılara görə qəm çəkməz, əksinə, Allaha olan yaxınlığı daha da artar və dolayısı ilə sevinci, həyəcanı və şövqü daha da yüksək olar. Quranın bir çox ayəsində səbr etmək əmr edilmişdir:
«Sən səbr et. Şübhəsiz ki, Allahın vədi haqdır. Qoy qəti inanmayanlar səni səni etinasızlığa sövq etməsinlər.!» («Rum» surəsi, 60).
« Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!» («Ali-İmran» surəsi, 200).
Oxumağa davam et →
Bunu bəyən:
Bəyən Yüklənir...