İstək və Ehtiraslarını Tanrılaşdıranlar

Qu­ran­da nəf­sin fücurunu ifa­də et­mək üçün çox vaxt «hə­va» ter­mi­nin­dən is­ti­fa­də olu­nur. «Hə­va» lü­ğət­də «is­tək, eh­ti­ras, nəf­sin ar­zu və hə­və­si, şəh­vət, şəhvətə qar­şı şid­dət­li meyl, in­sa­nın po­zul­ma­sı­na yol açan bü­tün da­xi­li amil­lər» şək­lin­də izah edi­lir.

İn­kar­çı­lar nəf­sin bu ne­qa­tiv tə­rə­fi­ni, yə­ni «hə­va­nı» ye­ga­nə yol gös­tə­ri­ci­ və ya məq­səd he­sab edir­lər. Bü­tün hə­yat­la­rı­nı öz həvalarını razı salmaq istiqamətində qu­rur­lar. Bu məq­səd­lə zehn­lə­ri­ni tamamilə is­tək­lə­ri­nin tə­min edil­mə­si­nə yö­nəl­dir və do­la­yı­sı i­lə di­nin in­sa­na öy­rət­di­yi hə­qi­qət­lə­ri qav­ra­ya bil­mə­yə­cək ha­la gə­lir­lər.

Al­lah həvalarının nə­za­rə­tində olan in­san­la­rın Qu­ra­nı və pey­ğəm­bər­lə­rin təb­li­ği­ni qav­ra­ya bil­mə­dik­lə­ri­ni be­lə bil­di­rir:

«On­la­rın içə­ri­sin­də elə­lə­ri də var­dır ki, sə­ni din­lə­yər, sə­nin ya­nın­dan çı­xıb ge­dən ki­mi elm ve­ril­miş kim­sə­lər­dən: «Bu sa­at o nə de­di?!» – de­yə so­ru­şar­lar. On­lar Al­la­hın ürək­lə­ri­nə mö­hür vur­du­ğu və öz nəfs­lə­ri­nə uy­muş kim­sə­lər­dir!» («Mu­həm­məd» su­rə­si, 16).

Oxumağa davam et