Bitkilər də hesablama aparır

indexKələmçiçəyikimilər fəsiləsindən olan, tez-tez rast gəlinən arabidopsis bitkisi üzərində tədqiqat aparmış ingilis elm adamları  30 sm-ə qədər böyüyə bilən, ağ çiçəkli bu bitkinin yarpaqlarındakı kimyəvi mexanizmlər vasitəsilə gecə sərf etdiyi qida miqdarını hesabladığını aşkar ediblər. Bitkilər aləmində bu qədər qabaqcıl hesablama nümunəsinə rast gəlməyin çox təəccüblü olduğuna diqqət çəkən “John Innes” Mərkəzinin tədqiqatçıları günəş şüalarının köməyi ilə karbonu nişasta və digər yüksək enerjili karbohidratlara çevirən bitkinin hər gecə günəş doğana qədər lazımi qədər qida ehtiyatları olub-olmadığını hesabladığını deyirlər. Oxumağa davam et